Son illər Azərbaycan beynəlxalq idman tədbirlərinin keçirildiyi əsas məkanlardan birinə çevrilmişdir. Ölkəmizdə yüzlərlə idman və beynəlxalq idman yarışları təşkil olunmuş, bu yarışlar həm idman ictimaiyyəti, həm də cəmiyyət tərəfindən böyük maraqla qarşılanmışdır. Müxtəlif idman növlərini əhatə edən bu tədbirlər Azərbaycanın idman potensialını və təşkilatçılıq imkanlarını aydın şəkildə nümayiş etdirmişdir. Keçirilən beynəlxalq yarışlar Azərbaycanın dünya idman xəritəsində mövqeyini daha da möhkəmləndirmişdir. Bu tədbirlərdə iştirak edən xarici idmançılar, rəsmi nümayəndələr və azarkeşlər ölkəmizin müasir idman infrastrukturu, yüksək səviyyəli təşkilatçılığı və qonaqpərvərliyi ilə yaxından tanış olmuşlar. Yarışların uğurla keçirilməsi Azərbaycanın etibarlı idman tərəfdaşı kimi tanınmasına mühüm töhfə vermişdir. İdman yarışlarının keçirilməsi yalnız idman sahəsinə deyil, eyni zamanda ölkənin sosial və iqtisadi həyatına da müsbət təsir göstərir. Beynəlxalq tədbirlər turizmin inkişafına təkan verir, yeni iş imkanları yaradır və ölkənin tanıdılmasına xidmət edir. Bu cür yarışlar gənclərin idmana marağını artırır, onları sağlam həyat tərzinə təşviq edir və peşəkar idmançı kimi formalaşmalarına stimul yaradır. Cari ildə də ölkəmizdə bir çox idman və beynəlxalq idman yarışlarının keçirilməsi gözlənilir. Bu, Azərbaycan dövlətinin idmana göstərdiyi davamlı diqqətin və gələcəyə yönəlmiş idman siyasətinin bariz göstəricisidir. Qarşıdakı yarışların da yüksək səviyyədə təşkil olunacağına və yeni uğurlarla yadda qalacağına inam böyükdür. Azərbaycanda yüzlərlə idman və beynəlxalq idman yarışlarının keçirilməsi ölkəmizin idman ölkəsi kimi formalaşdığını təsdiqləyir. Bu ardıcıl proses Azərbaycanın idman sahəsində əldə etdiyi nailiyyətlərin davamlı olacağını və gələcək illərdə də beynəlxalq arenada uğurla təmsil olunacağını göstərir.
Pərviz Məcnunov
YAP Laçın rayon təşkilatının əməkdaşı