Dünya dəyişir, insanlar daha açıq və fədakarlıqla öz haqları uğrunda mübarizə aparırlar. Baxmayaraq ki, fars-molla rejimi kimi rejimlər hər cür zorakı, sərt vasitələrdən istifadə etməklə azadlıqları uğrunda mübarizəyə qalxan xalqları susdurmağa çalışırlar. Ancaq fakt və görünən ondan ibarətdir ki, rejimin hər cür sərt tədbirlərinə, həbslərinə, işgəncələrinə baxmayaraq milli oyanışın fədailəri öz məqsədlərindən, çıxdıqları müstəqillik mübarizəsi yolundan dönmürlər. Yəni Səttarxan, Pişəvəri, “21 Azəri” hərəkatları yeni formada, həm də uğurlu nəticələrin əldə olunması ilə davam edir. Bir neçə gündür yenidən alovlanan etirazlar bütün Güney Azərbaycanı əhatə etməkdədir. Hər gün həbslər, hər gün edamlar olsa da, mübarizə davam edir. Yalnız son bir həftə ərzində 600 -ə yaxın insan fars-molla rejiminin zorakılığının qurbanı olub, 2 mindən çox insan isə evindən, küçədən oğurlanaraq zindanlara atılıb. Daha çox Təbriz, Xoy, Ərdəbil, Zəncan, Urmiyyə, Qəzvin və digər Güney Azərbaycan ərazilərində yaşayan azərbaycanlılar təzyiqlərə, təhdidlərə məruz qalırlar. Təbrizdə, Tehranda, Ərdəbildə baş qaldıran etirazlar digər şəhərlərə də keçib. Etirazçılar küçələrə axışaraq fars-molla rejiminə nifrətlərini bildirirlər. Fars-molla rejimi isə aksiyaları güc tətbiq etməklə dağıtmağa çalışır. Məlumata görə, Tehranın Şuş bölgəsində etirazçılarla polis qüvvələri arasında qarşıdurma da yaşanıb. Qarşıdurma zamanı onlarla insan saxlanılıb, ölənlərin və xəsarət alanların olduğu bildirilir. Lurdigan şəhərində etirazçılara atəş açılıb və 9 nəfər ölüb, 38 nəfər isə yaralanıb. Məlumata görə, Kuxdeşt şəhərində etirazlar zamanı 4 nəfərin öldüyü, 23 nəfər isə yaralanıb. İsfahan vilayətində isə 3 nəfər öldürülüb, 26 nəfər yaralanıb. Təbriz Universitetinin tələbələri etirazlara qoşulub, tələbə-gənclər bəzi hökumət binalarına daxil olmağa, polis idarələrində yerləşməyi bacarıblar. Bütün bu və digər zorakılıqlara dünya birliyi sərt etirazını bildirir. ABŞ prezidenti Donald Tramp baş mollaya Xomneinə və digər canilərə barmaq silkələyərək hədələyici tərzdə bildirib ki, əgər Tehran etirazları zorakılıqla yatırmağa çalışarsa, ABŞ etirazçılara yardım etməyə hazırdır: “Əgər fars-molla rejiminin ərazilərində yaşayan sakit nümayişçilərə atəş açacaq və onları amansızca öldürəcəksə, ABŞ onlara yardım edəcək. Biz hərəkət etməyə hazırıq”.
Bu arada İsrail tərəfi də fürsətdən yararlanaraq fars-molla rejimini cəzalandırmağı düşünür. İsrail rəhbərliyinə yaxın mənbələrin məlumatına görə, ölkənin hərbi-siyasi rəhbərliyi fars-molla rejiminə qarşı yeni əməliyyat planını təsdiqləyib. “Dəmir Zərbə” kod adı daşıyan bu planın detalları məxfi saxlanılır, rəsmi təsdiqlər olmasa da, belə sızmaların özü ciddi siqnaldır. Ehtimal olunur ki, yaxın vaxtlarda İsrail ABŞ-ın dəstəyi ilə Tehrana zərbələr endirəcək. Bununla kifayətlənməyərək quru əməliyyatları aparacaq.
Qalibiyyət bayrağı Təbrizdə dalğalanacaq
Hadisələrin inkişafı onu deməyə əsas verir ki, fars-molla rejimi ABŞ-ın, İsrailin real hədələrindən nəticə çıxarmaq istəmir. Müxtəlif vəhşi əməlləri ilə etirazçılara qarşı qəddarlığını davam etdirir. Xüsusilə də, qəddarlıq soydaşlarımıza qarşı daha amansız xarakter alır. Rejim etirazçılarla yanaşı əhalinin informasiya qaynağı olan nəşrləri də hədəfə alır. Güney Azərbaycanda türk dilində nəşr edilən “Yaşıl yol”, “Yurd”, “Səhər”, “Açıq söz”, “Oyanış”, “Səttarxan”, “Ulus”, “Nəsimi”, “Ölük”, “Kimlik”, “Yoldaş”, “Aydın Gələcək”, “Qıpçaq”, “Sayan”, “Yarpaq”, “Çənlibel”, “İsəlay”, “Bulud”, “Hələc və digər nəşrlər, jurnallar basqınlara məruz qalıb, əməkdaşlar həbs olunaraq zindanalara atılıb, nəhayət də məhkəmələrin qərarı olmadan və heç bir səbəb göstərilmədən bağlanıb. Hətta başqa dillərdə nəşr olunan, lakin azərbaycanlıların da oxuduqları dərgilər də qara siyahılara düşürlər. Azərbyacnlılara münasibətdə rejimin fərqli mövqe sərgiləməsi onların soydaşlarımızdan qorxmaları ilə bağlıdır. Ehtiyat edirlər ki, azərbaycanlılar Təbrizlə, Ərdəbillə, Urmiyyə, Culfa və digər ərazilərlə kifayətlənməyib bütövlükdə bütün əraziləri yaradacaqları dövlətin tərkibinə daxil edə bilərlər. Ona görə də, hər cür iyrənc vasitə və üsullarla azərbaycanlıları əzməyə, mövqelərindən geri çəkilməyə məcbur etməyə çalışırlar. Ancaq azərbaycanlı adını daşıyan soydaşlarımız ulularından onlara miras qalan igidliyi, cəsarəti, qorxmazlığı böyük fədakarlıqla davam etdirərək yeni-yeni tarix yazırlar.
Fars-molla rejimi azərbaycanlılara qarşı zorakı fəaliyyətlərində ermənilərdən istifadə etdiyi barədə faktlar mövcuddur. Belə ki, Ərdəbildə molla Amilinin fətvasına uyan 20-ə qədər erməni azərbaycanlıların yaşadıqları məhəllələrə basqınlar təşkil edərək soydaşlarımıza xəsərətlər yetirməyə, evlərini yandırmağa, əmlaklarını ələ keçirməyə çalışıblar. Ərdəbil əhalisi isə boyunlarındakı iplərin bozbaş mollaların əlində olan erməniləri zərərsizləşdirməyə müvəffəq olublar. Bu zaman polislər ermənilərin köməyinə gələrək silahlardan atəş açmaqla azərbaycanlıları yurd-yuvalarını və canlarını qorumalarına əngəllər yaratmağa çalışıblar.
Təbii ki, fars-molla rejiminin ermənilərlə iş birliyi təsadüfi deyil. Azərbaycan müstəqilliyini əldə edib, dövlətçiliyini qurduğu zamandan fars-molla rejimi dövlətimizə qarşı düşmənçilik mövqeyində dayanıb. Hər zaman terrorçu qardaşı Ermənistana hərbi, siyasi, maliyyə dəstəyi göstərməklə Azərbaycanın torpaqlarının işğal edilməsinə və ərazilərdəki, yeraltı, yerüstü sərvətlərin talan edilməsinə dəstək göstərib. Hətta 44 günlük Vətən Müharibəsində Azərbaycan öz torpaqlarını azad etmək üçün əməliyyatlara başlayanda ermənilərə qardaşlıq yardımlarını əsirgəmədilər. Lakin bütün məkrli qüvvələr cəsur və müzəffər ordumuzun ayaqları altında məhv edildilər. Ərazilərimiz işğaldan azad edildi və torpaq bütövlüyümüz bərpa olundu. Yenə də molla rejimi iyrənc fəaliyyətindən və əməllərindən əl çəkmədi. Kifayət qədər yaşı, başı, hətta başında yekə bir çalması olan fars-molla rejiminin baş mollası Xomneyi “Zəngəzur bizim qırmızı xəttimizdir” deyə cəfəng fikir irəli sürmüşdür. Digər əbalı və başı çalmalı mollalar da ermənilərin himayəçisi rolunda çıxış edirlər. Halbuki fars-molla rejimi özünü islam respublikası elan edib. Bu respublikanın banisi Xomeneyidən qalma ideologiyaya görə (bu, həm də xomeneyizm ideologiyası adlanır), müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. Amma molla rejiminin indiki və əvvəlki prezidentlərinin apardıqları siyasətə nəzər yetirdikdə, bu ideologiyanın ayaqlar altında tapdalandığını görmək olar. Hazırkı prezident İbrahim Rəisi və əvvəlki terror başçıları özlərini Xomeneyinin davamçıları kimi cəmiyyətlərinə sırımağa çalıblar. Amma onlar Xomeneyizm ideologiyasının birinci prinsipini - Azərbaycanın torpaqlarını işğal edib, 1 milyondan çox insanı ev-eşiyindən didərgin salmış Ermənistanla geniş əməkdaşlıq münasibətləri qurmaqla pozublar. Ona görə də bu rejimi islam respublikası adlandırmaq ədalətsizlikdir. Belə demək olar ki, müsəlmanların haqqına girmiş olunur. Onlar terrorçu dövlətdirlər. Həm də ona görə ki, bu rejim dünya ölkələrində baş verən əksər terror hadisələrinin təşkilatçısı və iştirakçısıdır. Rejim hər il 100 milyardlarla dollarını terror hadisələrinin törədilməsinə xərcləyir. Halbuki ərazisində yaşayan insanlar dilənci günündə yaşayır, əziyyətli, məşəqqətli ömür sürürlər. Xoyda baş verən zəlzələnin ağır nəticələrini hələ də azərbaycanlılar çəkirlər. İnsanların evləri dağıdılıb, çörək və sudan məhrum olunublar. Rejim isə heç bir tədbir görə bilmir. Çünki, büdcə tamamilə terrorun maliyyələşməsinə sərf olunduğundan insanların zəruri ehtiyaclarının həll olunmasına vəsait çatışmır. Digər tərəfdən molla rejimi bu cür vəhşi münasibəti ilə azərbaycanlıları cəzalandırmağa çalışır. Lakin bu cür vəhşiliyin sonu olacağı şübhəsizdir.
2026-cı il milli varlığımız üçün düşərli il olacaq
Hazırda Güney Azərbaycanda davam edən və sürətlə genişlənməkdə olan etirazlar onu deməyə əsas verir ki, 2026-cı il milli varlığımız üçün il düşərli olacaq. Başlıcası, Güney Azərbaycanında gedən müstəqillik mübarizəsi qələbə ilə başa çatacaq. Söz yox ki, bütün sahələrdə olduğu kimi milli azadlıq mübarizəsində Bakı, Şamaxı, Ağsu, Gəncə, Quba, Kürdəmir və digər şəhərlərin, rayonların insanları Güney Azərbaycanda gedən milli azadlıq mübarizəsini dəstəkləyirlər. Hər bir azərbaycanlı güneydə yaşanan hadisələri, güneylilərə qarşı olan zorakılıqları ürəkağrısı ilə izləyir. Əminəm ki, dövlətimiz, onun rəhbərliyi güneyli soydaşlarımızın əzilməsinə, onların hüquqlarının tapdanmasına imkan verməyəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycan Prezidenti, Yenilməz Sərkərdə, Qarabağı erməni terrorçularından təmizləməklə müsəlman-türk dünyasına qürur yaşadan İlham Əliyev təkcə 11 milyonlu Şimali Azərbaycanda yaşayan azərbaycanlıların Prezidenti, Müdirik Şəxsiyyəti deyil, həm də dünyanın hansı nöqtəsində, o cümlədən Güney Azərbaycanda yaşayan azərbaycanlıların, ümumilikdə 80 milyonluq dünya azərbaycanlılarının Lideridir. Azərbaycan Prezidenti, Yenilməz Sərkərdə İlham Əliyev ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda demişdir: “Ümid edirəm ki, İran hökumətinin ermənipərəst hərəkətləri çox kövrək sülhə xələl gətirməyəcək. Hesab edirəm ki, azərbaycanlıların hisslərini və bizim maraqlarımızı nəzərə almağın zəruriliyi barədə daha çox anlayış nümayiş olunacaq. Mən İranın əvvəlki üç prezidenti ilə - Prezident Hatəmi, Prezident Əhmədinejad və Prezident Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində heç vaxt indiki vəziyyətimizə oxşar bir şey olmayıb. Heç vaxt Azərbaycana qarşı nifrət və təhdid dolu sözlər işlədilməyib, sərhədimizdə heç vaxt hərbi təlim keçirilməyib, ancaq bir neçə ay ərzində iki hərbi təlim keçirilib. Deməli, bu o deməkdir ki, bu vəziyyəti yaradan biz deyilik. Biz bu vəziyyətin daha tez bitməsini istəyirik. Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik”.
Liderimizin qətiyyətlə söylədiyi fikirlər onu deməyə əsas verir ki, güneyli soydaşlarımız arxa- dayaqsız deyillər. Onlar ümidsizliyə qapılmamalı və mübarizələrini daha cəsarətli şəkildə davam etdirməlidirlər. Bu proses də dünyanın hansı bölgəsində yaşamasından, fəaliyyət göstərməsindən asılı olmayaraq hər bir azərbaycanlı Güney Azərbaycanda yaşayan soydaşlarımızın yanındadır. Hazırkı nəticələrin ürəkaçan olması onu təsdiq edir ki, Təbrizdə qalibiyyət bayrağının dalğalanması uzaqda deyil. Çox yaxın zamanda etiraz aksiyaları uğurla başa çatacaq və nəhayət, Güneydə dövlət müstəqilliyi elan olunacaq. Artıq fars-molla rejiminin əmmaməli mollaları da milli azadlıq mübarizəsinə qalxan etirazçıların real nəticələr əldə etməyə yaxında olduqlarını anlamağa başlayıblar. Ona görə də hədə-qorxularının seriyalarını genişləndiriblər. Fars- molla rejiminin Milli Polis Komandanlığı ölkənin bəzi bölgələrində etirazların dinc mərhələlərdən kənara çıxaraq müstəqillik mübarizəsinə çevrildiyi barıdə açıqlama yayıb. Açıqlama da əhali təhdid olunur, hədələnir: “Polis qərargahlarına, polis bölmələrinə və şöbələrinə hücumlar qəbuledilməzdir. Biz artıq mərhəmət göstərməyəcəyik. Fars-molla rejiminin əsas təbliğat maşını olan "Fars" agentliyi qeyd edir ki, iğtişaşçılar hökumət əleyhinə şüarlar səsləndirib, hökumət binalarına və məscidlərə hücum edib, yoldan keçənlərə daş atıb və maşınları yandırıblar: “Tehranda, Qumda, İlamda və digər bölgələrdə bıçaq və odlu silahlarla silahlanmış dağınıq qruplar dövlət obyektlərinə hücum edir. Polis haqlı olaraq insanlara güllə atır, həbs edir”.
Məlumatlara görə, fras-molla rejiminin ərazilərində insanlar bir sıra qələbələrə imza atıblar. Artıq bəzi şəhərlərdə hakimiyyət xalqın əlinə keçib. Vəziyyətin ağırlığını dərk edən rejimin rəhbərləri ölkədən qaçmağa başlayıblar. Hətta baş molla Ayətullah Əli Xamenei ölkədən qaçmağa hazırlaşdığı bildirilir. Əsaslı məlumata görə, baş molla Əli Xamenei ölkədə etirazların şiddətlənməsi və təhlükəsizlik qüvvələrinə nəzarəti ələ almaq üçün ehtiyat planı görüb. Bu barədə “Tayms” qəzeti kəşfiyyat hesabatına istinadən məlumat yayıb.“Xamenei 20 nəfərə qədər yaxın çevrəsi və ailə üzvləri ilə birlikdə Moskvaya təxliyə olunma variantını nəzərdən keçirir. Mənbənin iddiasına görə, “B planı” Xameneinin oğlu və ehtimal olunan varisi Müctəba Xamenei ilə yanaşı, ən yaxın tərəfdarlarının da ölkədən çıxarılmasını əhatə edir”, - deyə nəşr yazıb. Hesabatda qeyd olunub ki, Tehrandan çıxış marşrutları əvvəlcədən planlaşdırılıb: “Təhlükəsiz gediş üçün xaricdə daşınmaz əmlak və nağd vəsait kimi aktivlər hazır vəziyyətə gətirilib. Amma iyun ayında İsraillə baş vermiş 12 günlük müharibədən sonra Xamenei fiziki və psixoloji baxımdan zəifləyib”.
Bütün bu və digər baş verənlər onu deməyə əsas verir ki, artıq fars-molla rejiminin çöküşü yekunlaşır. Baş mollanın canını götürüb qaçmağı planlaşdırması da rejim rəhbərliyinin 1979-cu ildə irəli sürülən qondarma dövlət layihəsinin başa çatdığını təsdiqləyir.
İLHAM ƏLİYEV