PDF Oxu

Siyasət

  • 1 501

“Tramp administrasiyası ABŞ-Azərbaycan münasibətlərində praqmatik yanaşma formalaşdırır” - ŞƏRH EDİLDİ

image

"ABŞ-də hakimiyyət dəyişikliyindən sonra ümumilikdə Vaşinqtonun Azərbaycana münasibətində real fərqlər müşahidə olunur. Donald Tramp administrasiyası Bakı ilə İrəvan arasında sülh səylərini dəstəklədiyini nümayiş etdirib". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov deyib.Onun sözlərinə görə, bundan əvvəlki Bayden administrasiyası dövründə isə Azərbaycana qarşı bir sıra məhdudiyyətlər tətbiq olunurdu ki, bu da iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərən əsas amillərdən biri idi: "Donald Trampın növbəti dəfə hakimiyyətə qayıdışından sonra Amerikanın xarici siyasət prioritetlərində də dəyişikliklər müşahidə edilir. Belə ki, Azərbaycana qarşı yanaşmada strateji əməkdaşlıq və sülh təşəbbüslərinə daha praqmatik münasibət formalaşmağa başlayıb. Bu yanaşma Tramp dövründə irəli sürülən sülh ideyalarının konkret mexanizmlərə çevrilməsinə imkan yaradır. Eyni zamanda, bu proses regional nəqliyyat-kommunikasiya layihələrinin, xüsusilə də Zəngəzur dəhlizinin reallaşdırılması baxımından ABŞ-nin uzunmüddətli maraqlarına da cavab verir. ABŞ bu dəhliz vasitəsilə gələcək onilliklər ərzində iqtisadi və strateji fayda əldə etməyə çalışacaq. Bununla belə, ABŞ Konqresində Azərbaycana qarşı məhdudlaşdırıcı təşəbbüslərlə çıxış edən, ermənipərəst mövqedə olan dairələr hələ də mövcuddur. Bu amil ABŞ-Azərbaycan münasibətlərinin hazırkı durumuna mənfi təsir göstərə bilər. Hərçənd bu cür təşəbbüslərin sülh danışıqlarına birbaşa ciddi təsiri olmasa da, Biden administrasiyası dövründə olduğu kimi yenidən gündəmə gəlməsi ikitərəfli əlaqələri çətinləşdirə bilər. Əgər hazırkı mərhələdə ABŞ administrasiyası Donald Tramp-ın müəyyən etdiyi xətt üzrə hərəkət etməz və Konqres fərqli, məhdudlaşdırıcı qərarlar qəbul etməyə başlayarsa, bu, mənfi ssenarilərin ortaya çıxmasına səbəb ola bilər. Azərbaycan və ABŞ arasında münasibətlər qarşılıqlı maraqlara və tərəfdaşlığa əsaslanır və bu əlaqələr hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, Konqresin məhdudlaşdırıcı səylərinin reallaşması Ermənistanın davranışlarına da təsir göstərə bilər. ABŞ-dakı ermənipərəst dairələrin Ermənistana verdiyi birtərəfli dəstək sülh təşəbbüslərini ləngidə və regionda gələcək riskləri artıra bilər. Ümumilikdə ABŞ-ın daxili siyasi dinamikası, administrasiyanın prioritetləri və Konqresin siyasi iradəsi Cənubi Qafqazda sülh prosesinə və Azərbaycana münasibətə birbaşa təsir göstərir. Bu baxımdan ABŞ-ın ali siyasi dairələri Donald Tramp administrasiyasının yürüdüyü siyasətə uyğun hərəkət etməli və regionda sülhə xidmət edən təşəbbüslərə zərər verəcək addımlardan çəkinməlidirlər".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər