PDF Oxu

Siyasət

  • 1 612

Azərbaycan idmançıları ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edirlər

image

Azərbaycan Respublikasında idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təsadüfü deyil ki, son illərdə aparılan düzgün və məqsədyönlü siyasətin nəticəsində Azərbaycan idmançıları ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil edir, yeni-yeni nailiyyətlər qazanırlar.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 2 fevral tarixinin hər il Gənclər Günü kimi qeyd edilməsi Azərbaycan gəncliyinin inkişafına verilmiş ən böyük töhfədir. Dahi şəxsiyyətin müdrik siyasət kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbərliyi Azərbaycan idmanına və gənclərinə daim xüsusi diqqət və qayğı ilə yanaşır. Bu istiqamətdə qəbul edilən Dövlət Proqramları məhz xüsusi diqqət və qayğının bariz nümunəsidir.
Dövlətimizin başçısı Azərbaycan bayrağını beynəlxalq idman yarışlarında qürurla dalğalandıran idmançılarla dəfələrlə görüşüb, onlara səmimi təbriklərini çatdırmış, Azərbaycan gənclərinin sağlam yetişməsi üçün müvafiq dövlət dəstəyinin göstərilməsini layiqincə təmin etmişdir. Digər vacib məqam ondan ibarətdir ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən müddət ərzində uğurlu dövlət siyasəti ilə Azərbaycan gəncləri vətənpərvər ruhda tərbiyə olunaraq, dövlətə,vətənə sevgi hissində yetişmiş, nəticədə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümayiş etdirmişdir.
Bildiyimiz kimi 2025-ci ilin dekabrın 26-da cari ilin idman yekunlarına həsr olunan tədbir keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib, geniş və məzmunlu nitq söyləyib. Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. Məlumdur ki, bu il iki Olimpiya Kompleksi tikilib, istifadəyə verilmişdir. Gəncədə və Yevlaxda açılan Olimpiya Kompleksləri ilə İdman Olimpiya Komplekslərinin sayı 46-ya çatıb. Bu il idmançılarımız 2 mindən çox medal qazanıb ki, bunun da 600-dən çoxu qızıl medaldır. Bu isə əlbəttə ki, Azərbaycan idmanının uğurlu inkişafının bariz göstəricisidir.
Formula 1 yarışının Bakıda keçirilməsi idmanla əlaqədar ölkəmizin beynəlxalq səviyyədə növbəti uğurlu təqdimatı idi. Həmin dövrdə ölkəmizə gələn xarici turistlərin sayı 20% artmışdır. Bu gün Azərbaycan idmanı və gəncliyi böyük nailiyyətlər əldə etməkdədir. Bu isə əlbəttə ki, qüdrətli dövlətimizin bütün sahələr üzrə inkişaf etdiyini təsdiqləyir.

Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri

Digər xəbərlər