ABŞ Dövlət Departamenti Qərb Yarımkürəsini ABŞ-ın müstəsna maraq zonası elan edib. Bu barədə nazirliyin sosial media kanallarında dərc olunmuş bəyanatda deyilir. Dövlət Departamentinin hesabında yerləşdirilən ABŞ Prezidenti Donald Trampın portretinin üzərindəki şüarda "Bu, bizim yarımkürəmizdir" deyilir. Həmçinin, Trampın ABŞ təhlükəsizliyinə təhdidlərə yol verməyəcəyi bildirilir. Daha əvvəl nazirliyin hesabında bir neçə dildə mesaj yerləşdirilmişdi: "Prezident Trampla oyun oynamayın".
Qeyd edək ki, şənbə günü ABŞ Karakasdakı hədəflərə zərbələr endirib və ölkə lideri Nikolas Maduro və həyat yoldaşı Siliya Flores həbs edilib. ABŞ onları narkoterrorizmdə ittiham edir. Rusiya Xarici İşlər Nazirliyi və Çin hökuməti ABŞ-ı Maduronu azad etməyə çağırıb.
Venesueladakı ABŞ əməliyyatı ilə bağlı mətbuat konfransı zamanı Tramp Maduronun artıq dövlət başçısı olmadığını və Vaşinqtonun "siyasi keçid başa çatana qədər" ölkəyə nəzarəti öz üzərinə götürəcəyini bildirib.
Yanvarın 5-də Nyu-Yorkda Maduronun ilk məhkəmə iclası keçirildi. Venesuela prezidenti və həyat yoldaşı günahkar olmadıqlarını bildirdilər.
İlham