PDF Oxu

Siyasət

  • 486

Spiker Qrenlandiyanın zorla ələ keçirilməsinə qarşı çıxdı - FOTO

image

Ağ Evin mətbuat katibi Kerolin Levit bildirib ki, ABŞ Prezidenti Donald Tramp və onun müşavirləri Qrenlandiyanı əldə etmək üçün bir sıra variantları müzakirə edirlər, lakin hərbi qüvvələrdən istifadə "həmişə bir seçimdir". Kerolin Levit Qrenlandiyanı əldə etməyin ABŞ-ın milli təhlükəsizlik prioriteti olduğunu və Arktika bölgəsindəki düşmənləri çəkindirmək üçün vacib olduğunu açıq şəkildə bildirib: “Prezident və onun komandası bu vacib xarici siyasət məqsədinə çatmaq üçün bir sıra variantları müzakirə edirlər və əlbəttə ki, ABŞ ordusundan istifadə həmişə Baş Komandan üçün bir seçimdir."

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consondan Qrenlandiyadakı hərbi əməliyyatlarla razı olub-olmadığı soruşulduqda, "Xeyr, düşünmürəm ki, bu, uyğundur" cavabını verib.

Qeyd edək ki, ABŞ-ın Venesueladakı əməliyyatından sonra son müsahibələrində D.Tramp Qrenlandiyanı nəzarətdə saxlamaq istəyini daha böyük israrla qeyd etməyə başlayıb. Danimarka və Qrenlandiyanın baş nazirləri Trampı təzyiq və təhdidləri dayandırmağa çağırıblar.

Danimarkanın Baş naziri Frederiksen də bildirib ki, Qrenlandiyanın ABŞ tərəfindən zorla ilhaq edilməsi baş verərsə, bu, NATO-nun sonu demək olacaq.

İlham

Digər xəbərlər