PDF Oxu

Siyasət

  • 976

“Tariximizi unutmayaq” - FOTOLAR

image

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı və “D.Bünyadzadə küç.1” ünvanında yerləşən (286 nömrəli tam orta ümumtəhsil məktəbi) ərazi partiya təşkilatı ilə birgə “Tariximizi unutmayaq “ adlı tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, 286 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, “D.Bünyadzadə küç.1” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Samir Mehdi-zadə, orta ümumtəhsil məktəbinin müəllim-şagird kollektivi və Partiya üzvləri iştirak edib.

Tədbirdə İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonda müasir müstəqil Azərbaycan Respublikasının memarı Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızım azadlığı və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən 286 nömrəli tam orta ümumtəhsil məktəbinin tarixi müəllimi Təranə Salahova bildirib ki, İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının tarixi ədalətini, tapdanmış hüquqlarını və milli ləyaqətini bərpa etdi. Bu Qələbə real güc, siyasi iradə və milli birliyin təntənəsi kimi beynəlxalq hüququn prinsiplərini praktik müstəvidə təmin etdi. Uzun illər torpaqlarımızı qaytarmaq niyyətində olmayan Ermənistan məhz bu qətiyyət qarşısında geri çəkilməyə məcbur oldu. Qələbə təsadüfi deyil, əsrlər boyu baş verən tarixi ədalətsizliklərin və milli iradənin məntiqi nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji yol və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu fəaliyyəti ölkəmizi gücləndirdi və bu tarixi Zəfərə aparıb çıxardı. 44 günlük Vətən müharibəsi və 2023-cü il antiterror tədbirləri ilə Azərbaycan suverenliyini tam bərpa etdi. Bu Zəfərlər xalqın yaddaşında əbədi yaşamalı, heç vaxt unudulmamalı və gələcək nəsillərə ötürülməlidir.

Çıxış edən 286 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru, “D.Bünyadzadə küç.1” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Samir Mehdi-zadə bildirib ki, İkinci Qarabağ müharibəsində qazanılan şanlı Zəfər Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqının tarixə yazdığı ən parlaq səhifələrdən biridir. Bu Qələbə milli iradənin, güclü dövlətin və müasir ordunun birliyindən doğdu. İllərlə davam edən işğal və ədalətsizliklər məhz bu Zəfərlə sona çatdı. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik strategiyası ölkəni bu tarixi ana hazırladı. 44 gün ərzində nümayiş etdirilən əzm və 2023-cü ildə suverenliyin tam bərpası Azərbaycanın gücünü bütün dünyaya göstərdi. Bu Zəfərlər unudulmamalı, hər zaman xatırlanmalı və gələcək nəsillərə ötürülməlidir. Çünki tarixini unudan xalq qazandığını qoruya bilməz. Məktəblərdə, ailələrdə və cəmiyyətdə Zəfər ruhu daim yaşadılmalıdır.

Sonda çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, beş il əvvəl baş vermiş şanlı İkinci Qarabağ müharibəsi Prezident, Müzəffər Ali Baş Komandan, Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının tarixi ədalətini bərpa etdi, tapdanmış hüquqlarını, milli ləyaqətini və beynəlxalq hüququn prinsiplərini real güc və siyasi iradə ilə təmin etdi. Xalqımız qanı və canı bahasına ərazi bütövlüyünü bərpa edərək bütün dünyaya sübut etdi ki, Azərbaycan heç vaxt işğalla barışmayıb və barışmayacaq. Uzun illər ərzində Ermənistanın siyasi rəhbərliyi bir qarış belə torpağı qaytarmaq niyyətində olmadığını açıq şəkildə nümayiş etdirmişdi, lakin Prezident, Müzəffər Ali Baş Komnadan, Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı onları buna məcbur etdi, milli birlik, güclü iradə və müasir Silahlı Qüvvələr hesabına tarixi qələbə qazandı. Bu Zəfər təsadüfi deyildi, əsrlər boyu xalqımızın yaşadığı ağır müsibətlərin, tarixi ədalətsizliklərin məntiqi nəticəsi idi. Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan torpaqlarının parçalanması, XIX–XX əsrlərdə milli-siyasi hüquqlarımızın məhdudlaşdırılması, Sovet İttifaqı dövründə dövlət müstəqilliyimizin əlindən alınması xalqımızın tarixi yaddaşında dərin izlər buraxmışdı. Müstəqilliyin ilk illərində Qarabağın işğalı isə bu ağrılı tarixin ən faciəli səhifələrindən biri oldu. Həmin dövrdə dövlətçilik təhlükə altına düşmüş, ölkə daxili siyasi böhran, hərbi zəiflik və xaosla üz-üzə qalmışdı. Məhz belə bir ağır zamanda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyini xilas etdi. Onun uzaqgörən, praqmatik və milli maraqlara əsaslanan siyasəti nəticəsində işğalın daha da genişlənməsinin qarşısı alındı, atəşkəs əldə edildi, ordu quruculuğuna və dövlət institutlarının möhkəmləndirilməsinə başlanıldı. Bu strateji xətt sonrakı illərdə Azərbaycanın güclənməsinə, iqtisadi, siyasi və hərbi potensialının artmasına zəmin yaratdı və nəhayət, bu yol Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbəyə gətirib çıxardı. 2023-cü ildə keçirilmiş antiterror əməliyyatı ilə ölkəmiz öz suverenliyini tam bərpa etdi və bu gün artıq Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etmiş güclü dövlətdir. Bu tarixi yalnız yaşlı nəsil deyil, gənclər və gələcək nəsillər də dərindən bilməli və unutmamalıdır. Bu Zəfər məktəblərdə, ali təhsil müəssisələrində, ailələrdə daim xatırladılmalı, nəsildən-nəslə ötürülməlidir. Çünki sülh və təhlükəsizlik içində yaşamağın əsas şərti tarixdən dərs çıxarmaq, qazanılmış Qələbənin dəyərini qorumaq və milli yaddaşı canlı saxlamaqdır. Azərbaycan xalqının şanlı Zəfəri təkcə keçmişin deyil, gələcəyin də möhkəm təməlidir. Qeyd olunub ki, bu gün azad olunmuş ərazilərimizdə geniş yenidənqurma və bərpa işləri tam surətlə davam edir. Azad olunmuş ərazilərin yenidən qurulmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond mühüm və əvəzsiz rol oynayır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu ərazilərdə tarixi-dini abidələrin bərpası, sosial və mədəni layihələrin həyata keçirilməsi milli-mənəvi irsimizin qorunmasına xidmət edir. Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələr azad olunmuş torpaqlara yeni nəfəs gətirir. Bu fəaliyyət dövlət siyasətini tamamlayaraq Böyük Qayıdış prosesinə güclü mənəvi və sosial dəstək verir.

Çıxışlardan sonra tədbir interaktiv şəkildə davam edib.

Digər xəbərlər