Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə Qızılqaya qəsəbə ərazi partiya təşkilatında keçirilən yığıncaqda YAP rayon təşkilatının sədr müavini Zamir Hüseynov və partiya fəalları iştirak ediblər.
Tədbir zamanı ilk öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Zamir Hüseynov iştirakçıları salamladıqdan sonra giriş nitqi ilə çıxış edərək, Partiyanın fəaliyyəti dövründə əldə etdiyi uğurlardan, dünya çapında özünəməxsus yerə malik olmasından və gələcək inkişaf perspektivlərindən danışmışdır. Ərazi partiya təşkilatının fəaliyyəti müzakirə olunmuş və hesabat məruzəsi dinlənilmişdir.Tədbirdə Qərb Radio Televiziya Yayım Departamentinin rəisi Fərid Yusifov, partiya fəallarından Vüqar Hüseynov, Təranə Xasıyeva və digərləriçıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.
Sonra təşkilatı məsələyə baxılaraqƏhmədov İlham Mübariz oğlu Ərazi partiya təşkilatının sədri, Əhmədov Elməddin Firəddin oğlu sədr müaviniseçilmişlər.
YAP Göygöl rayon təşkilatının sədr müavini Zamir Hüseynov yeni seçilən şəxsləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Ərazi Partiya təşkilatına seçilmiş sədr və sədr müavini onlara göstərilən yüksək etimada görə minnətdarlıq ifadə edərək, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildiriblər.