PDF Oxu

Siyasət

  • 1 557

Dövlət siyasətinin mərkəzində insan amili dayanır

image

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi geniş müsahibə müasir dövrdə dövlətin qarşısında dayanan əsas çağırışlara, əldə olunan mühüm nailiyyətlərə və qarşıdakı strateji hədəflərə aydın baxış təqdim etdi. Müsahibədə ölkənin siyasi mövqeyi, iqtisadi dayanıqlığı, regional və beynəlxalq proseslərdə artan rolu, eləcə də milli maraqlara əsaslanan prinsipial yanaşmalar əhatəli şəkildə şərh olunub. Səsləndirilən fikirlər həm ötən dövrün yekunlarını dəyərləndirmək, həm də gələcək mərhələnin prioritetlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə dövlət başçısının təşəbbüskarı olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial-iqtisadi layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir.
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” fikri Prezident İlham Əliyevin dövlət idarəçiliyinin əsas fəlsəfəsini ifadə edən ən mühüm tezislərdən biridir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatların əsas məqsədi insan amilinin ön plana çəkilməsi, vətəndaşların rifahının yüksəldilməsi və onların hüquq və azadlıqlarının təmin edilməsidir.
Güclü dövlət ilk növbədə vətəndaşına arxalanan, onun maraqlarını qoruyan və həyat səviyyəsini yüksəldən dövlətdir. Prezident İlham Əliyevin fəaliyyətində sosial siyasət xüsusi yer tutur. O, dəfələrlə vurğulamışdır ki, iqtisadi inkişafın əsas məqsədi insanların həyat şəraitinin yaxşılaşdırılmasıdır. Bu baxımdan son illər ərzində minimum əməkhaqqının və pensiyaların mərhələli şəkildə artırılması, sosial müavinətlərin genişləndirilməsi və aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi vətəndaş rifahına xidmət edən mühüm addımlardır.
İlham Əliyevin iqtisadi siyasətində də əsas məqsəd vətəndaşların məşğulluğunun artırılması və dayanıqlı gəlir imkanlarının yaradılmasıdır. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edir.
“Biz güclü dövlət qururuq, güclü iqtisadiyyat qururuq, eyni zamanda, insanların rifahı bizim üçün həmişə prioritet məsələ olubdur və olacaqdır”, - deyə dövlətimizin başçısı bildirib.

Füzuli Abdullayev
YAP Ağsu rayon təşkilatının sədri

Digər xəbərlər