Yanvarın 5-də Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində istər daxili, istərsə də beynəlxalq məsələlərlə bağlı ötən dövrlərdə görülmüş işlər və gələcəyə hesablanmış mühüm hədəflər haqqında ətraflı məlumat vermişdir.
Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, əldə olunmuş uğurlar, Azərbaycanın beynəlxalq aləmdəki artan nüfuzu, xalqımızın əslər boyu arzusunda olduğu ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin edilməsi dövlətimizin başçısının bir Lider olaraq şəxsi keyfiyyətlərinin göstəricisidir. Prezident İlham Əliyev təcrübəli və qətiyyətli rəhbər olmaqla yanaşı mahir diplomat və praqmatik Liderdir. O tarixi prosesləri öncədən düzgün proqnozlaşdırmağı, hədəfləri dəqiqliklə müəyyənləşdirməyi, qarşıya qoyulan hədəflərə çatmağın ən optimal üsul və vasitələrini zərgər dəqiqliyi ilə icra etməyi bacarır. Məhz bu keyfiyyətlər onu digər dünya liderlərindən fərqləndirir və Azərbaycan dünyanın nadir dövlərlərindəndir ki, dünyanın müxtəlif siyasi sistemlərinə daxil olan dövlətlərlə strateji tərəftaşlıq münasibətləri qura bilib.
Prezident İlham Əliyevin hakimiyyətdə oldu müddətdə Azərbaycan bütün sahələrdə inkişafa nail olub. İqtisadi təminat, siyasi iradə və düzgün planlaşdırma olmadan uğurlar qazanmaq mümkün deyil. Ötən dövrdə əldə olunmuş iqtisadi resurslar hesabına bütün sahələrin paralel şəkildə inkişaf etdirilməsi üçün xüsusi Dövlət Proqramları təsdiq edilib. Beləliklə yalnız paytaxt Bakı şəhərində deyil, Azərbaycanın bütün bölgələrində inkişafa nail olundu. İnfrastraktur tamamilə yeniləndi, minlərlə sosial mədəni obyektlər inşa edildi. Genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirildi, Azərbaycanın xarici siması demək olar ki, tamamilə dəyişdirildi, yeni-yeni nəqliyyat, kommunikasiya, loqistika qovuşaqları yaradıldı. Yaradılmış yeni infrastraktur Azərbaycanı beynəlxalq aləmdə daha cəlbedici dövlətə çevirdi. Zamanında səsi Biləcəridən o tərəfə keçməyən Azərbaycanla bütün dövlətlər, ayrı-ayrı güc mərkəzləri əməkdaşlığa səy göstərməyə başladı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dərin dövlətçilik təcrübəsi, qətiyyəti və diplomatik məharəti hesabına regionda yeni reallıq yaradılıb, Ermənistanla Azərbaycan arasında illərlə davam edən müharibə və münaqişəyə son qoyulub. Artıq işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri aparılır, sıfırdan yeni infrastraktur qurulur. Erməni vandalları tərəfindən xarabazarlığa çevrilmiş Qarabağ və Şərqi Zəngəzur ümumilikdə Azərbaycan ərazisinin 20%-ni təşkil edir. Qeyd olunan geniş bir ərazidə bərpa və yenidənqurma işlərinin aparılması olduqca maliyyə vəsaiti tələb edir. Onuda nəzərə almaq lazımdır ki, ermənilər bu ərazilərdə genişmiqyaslı minalama aparmış və hər yeri xarabazarlığa çevriblər və buda işlərin görülməsini daha da müərəkkəbləşdirir. Ərazilər ilk növbədə minalardan təmizlənir, daha sonra isə xarabazarlığa çevrilmiş ərazilər tullantılardan təmizlənərək tikinti üçün yararlı vəziyyətə gətirildikdən sonra tikinti-abadlıq işləri həyata keçirilir. Müərəkkəb relyefli ərazidə yol infrastrakturunun tikilməsi, elektrik enrjisi, təbii qaz və su xətlərinin çəkilməsi adi məsələ deyil. Qısa müddətdə min km-lərlə avtomobil və dəmir yolu, bütün əraziyə elektrik enerjisi, təbii qaz və su xətləri çəkilib, 3 beynəlxalq hava limanı tikilərək istifadəyə verilib. Eyni zamanda işğaldan azad edilmiş yaşayış məntəqələrində çoxsaylı fərdi yaşayış evləri və mənzillər, sosial obyektlər inşa edilərək keçmiş nəcburi köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması istiqamətində mühüm işlər görülməkdədir. Qarabağ və Şərqi Zəngəzura keçmiş nəcburi köçkünlərin qaytarılması planlı şəkildə həyata keçirilir. Bunun üçün xüsusi Dövlət Proqramı hazırlanmış və icra edilməkdədir. “Böyük Qayıdış” Dövlət Proqramının birinci mərhələsi 2026-cı ildə başa çatacaq və bundan sonra ikinci mərhələ təsdiq edilərək icra olunacaqdır. Prezident İlham Əliyev qeyd etmişdir ki, artıq işğaldan azad olunmuş ərazilərdə 70 min əhali yaşayır və orada fəaliyyət göstərirlər. Qısa bir müddətdə bu qədər əhalinin işğaldan azad edilmiş yaşayış məntəqələrinə qaytarılmasının təmin edilməsi olduqca mühüm hadisədir. 2026 və sonrakı illərdə keçmiş nəcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə köçürülməsi daha da sürətlənəcək. Çünki qeyd olunan ərazilərdə infrastrukturun yaradılması həm vaxt həm də böyük maliyyə vəsaiti tələb edirdi. Artıq demək olar ki, işğaldan azad edilmiş ərazilərdə infrastrukturun yaradılması işi başa çatmaq üzrədir.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında görülmüş işlərə nəzər salmaq kifayətdir ki, dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hansı həssaslıqla yanaşdığını hiss edəsən. Qısa bir müddətdə Xankəndi şəhərinin demək olar ki, xarici siması dəyişib, müasir dövrün tələblərinə cavab verən infrastruktur yaradılıb, inzibati binalar, sosial obyektlər, mehmanxanalar və s. inşa edilib. Çox sevindirici haldır ki, Xankəndi şəhəri çox yüksək səviyyədə, yəni dövlət və hökümət başçılarının iştrak etdiyi beynəlxalq tədbirlərin keçirildiyi məkanlardan birinə çevrilib. Xocalı və Ağdərə rayonlarının ərazisində bir neçə yaşayış məntəqələrinə keçmiş nəcburi köçkünlərin köçürülməsi təmin edilib. Qeyd edə bilərik ki, 2025-ci ilin sonuna olan məlumata görə Xocalı rayonundan olan keçmiş nəcburi köçkünlərin 18%-i artıq daimi yaşayış məntəqələrinə qaytarılıb.
Məlumdur ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin miqyası Azərbaycan Respublikasının iqtisadi qüdrətinin göstəricisidir. Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğı və diqqəti sayəsində Qarabağ və Şərqi Zəngəzur tez bir müddətdə tamamilə abadlaşdırılacaq və keçmiş nəcburi köçkünlərimiz öz ata baba yurdlarına qayıdacaqlar. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurun iqtisadi resursları hesabına Azərbaycanın iqtisadi inkişafları daha da artacaqdır.
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri