5 yanvar 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına geniş müsahibə verib. Görüş zamanı REAL Televiziyasından Mirşahin Ağayev görüşü qəbul etdiyi üçün Prezident İlham Əliyevə hər kəs adından təşəkkürünü bildirir. Daha sonra Mirşahin Ağayev ABŞ ilə Azərbaycan arasındakı münasibətlərə toxunaraq, 8 avqust Ağ Ev və 21 sentyabr BMT günləri barədə Cənab Prezident İlham Əliyevin fikirlərini dinləyir. Prezident İlham Əliyev Azərbaycan və Amerika arasındakı münasibətlərin ənənəvi xarakter daşıdığını bildirərək, keçən ilin tarixi il kimi yadda qaldığını vurğulayaraq bildirdi ki: “Çünki məhz keçən il 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik”. Prezident İlham Əliyev sülh müqaviləsinə qədər baş verən hadisələrə qısa nəzər salaraq, “Qələbəyə siyasi müstəvidə, dünyanın bir nömrəli ofisində möhür vurulduğunu” bir daha yada saldı.
Prezident İlham Əliyev Azərbaycan-Amerika münasibətlərinin 2025-ci ildə daha da inkişaf etdiyini bildirərək, bundan əvvəl Azərbaycanın Amerika ilə münasibətlərini qura bilməməsinin mövcud səbəblərindən bəhs edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan və Amerika arasında mümkün imkanların ölkəmizin xeyri naminə dəyişdiyini bildirən Prezident İlham Əliyev bunun başlıca səbəbi kimi Ermənistan və Azərbaycan arasında müharibənin bitməsi və hazırda hakimiyyətdə Prezident Trampın adminstrasiyasının olmasını qeyd etdi.
Cənab Prezident İlham Əliyev həmin görüş zamanı 907-ci düzəlişə də son qoyulduğunu bildirdi və bunun rəmzi məna daşıdığını söylədi.
Müsahibə zamanı Prezident İlham Əliyev Amerika və Azərbaycan arasında yaradılmış strateji işçi qrupundan da bəhs etdi. Həmin işçi qrupun əsas fəaliyyəti strateji tərəfdaşlıq xartiyasını hazırlamaqdır ki, bununla da Azərbaycan əsas hissəsi olan Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantını yarada biləcək. “Yəni Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. Artıq mən əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir”.
Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına gətirib çıxardacaq ki, bu da iki ölkə arasında paraflanmış sülh sazişinin əhəmiyyətini önə çıxardacaq. Həmin Bəyannaməyə Prezident Tramp da qol çəkib ki, bu və digər önəmli hadisələr məsələlərə geniş prizmadan da aydınlıq gətirir.
Daha sonra Prezident İlham Əliyev Azərbaycanla Amerika arasında bu gün daha çox diplomatik əlaqələrin olduğunu bildirərək qeyd etdi ki: “Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir. Oktyabr ayından bu yana mənim tərəfimdən Amerikaya nazirlərdən və özəl sektor nümayəndələrindən, digər məsul şəxslərdən ibarət dörd rəsmi heyət ezam edilmişdir. Demək olar ki, əsas istiqamətlər üzrə strateji xartiyanın hazırlanması və qarşılıqlı sərmayə qoyuluşu, onun təşkili və münasibətlərimizin iqtisadiyyat, ticarət, nəqliyyat, hərbi-sənaye istiqamətlərinin əhatə edilməsi məsələləri müzakirə olunur”.
Azərbaycan və Amerika arasındakı inkişaf istiqamətlərini dəyərləndirən Prezident İlham Əliyev bu kimi amillərdən irəli gələrək, 2025-ci ilin uğurlu və tarixi il kimi yadda qaldığını bildirdi.
Azərbaycan Televiziyasından Mümtaz Xəlilzadə Prezident İlham Əliyevdən 907-ci düzəliş haqqında, onun birdəfəlik ləğvi perspektivləri haqqında fikirlərini öyrənmək istədiyini söylədi. Prezident İlham Əliyev o vaxtkı hakimiyyətin səriştəsizliyinin bu kimi hallara yol açdığını bildirərək, qeyd etdi ki: “o vaxtkı AXC-Müsavat hakimiyyəti, ümumiyyətlə, peşəkarlardan ibarət deyildi, əksinə çox təsadüfi insanlar hakimiyyəti zəbt etmişdilər və faktiki olaraq Azərbaycanı məhvə doğru aparırdılar”. Bu kimi hadisələr o vaxtlar iki ölkə arasındakı münasibətlərə ciddi təsir göstərmiş, uzun illər Amerika və Azərbaycan arasında mühüm sazişlərin imzalanmasına maneəçilik törətmişdir. Prezident İlham Əliyev 907-ci düzəlişin 1992-ci ilin oktyabrında qəbul edildiyini bildirdi. Həmin dövrdə Qarabağ torpaqlarının işğal edilməsi də Azərbaycanın imkanlarını bir çox istiqamətdən məhdudlaşdırmışdı.
Cənab Prezident İlham Əliyev 907-ci düzəlişin o vaxtkı Prezident Co Bayden tərəfindən qəbul edilməsi haqqında da danışaraq, o vaxtlar Obama-Bayden və Bayden-Blinkenlə olan münasibətlərə aydınlıq gətirdi. Prezident İlham Əliyev 11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerika Prezidentinin həmin düzəlişi öz imzası ilə aradan qaldırdığını və 2024-cü ilə qədər davam etdiyini yada saldı. Prezident İlham Əliyev bunun mühüm səbəbini açıqlayaraq qeyd etdi ki, Əfqanıstan əməliyyatlarında Azərbaycan Amerikaya həm nəqliyyat, logistika, həm də digər məsələlərlə əlaqədar olaraq lazım idi.
Müsahibə zamanı Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Tramp administasiyasının hakimiyyətə gəlişi ilə iki ölkə arasında münasibətlər tamamilə dəyişib. Prezident Trampın hakimiyyətə gəlişi ilə Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxmışdır ki, bu da həmin düzəlişin tamamilə aradan qaldırılacağına ümid yaradır.
Müsahibə zamanı Prezident İlham Əliyev Mirşahin Ağayevin Zəngəzur dəhlizi, hazırda “Amerika Birləşmiş Ştatları və Ermənistan arasında imzalanmış beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” ilə bağlı suallarını da cavablandıraraq, qeyd etdi ki: “bu məsələnin Amerikada Trampın iştirakı ilə həll olunması bu məsələni artıq tamamilə həll edilmiş məsələ kimi ortaya qoyub”.
Pərvanə Talıbova,
YAP Yasamal rayon təşkilatının fəalı,
Azərbaycan Milli Konservatoriyası tərkibində
İncəsənət Gimnaziyasının müəllimi