PDF Oxu

Siyasət

  • 596

Biz gücümüzü, o cümlədən hərbi gücümüzü artırırıq - ŞƏRH

image

Cənab Prezident İlham Əliyev İqtisadi gücümüzün artırılması baxımından müasir Azərbaycanın iqtisadi inkişaf modelini yaradıb. Bu model dövlətimizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində mövqeyinin köklü surətdə möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına zəmin yaradıb. Ölkə başçısı tərəfindən yürüdülən uğurlu və qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları həmçinin makroiqtisadi layihələr Azərbaycan iqtisadi gücünü daha da zirvələrə daşıyır. Dövlət başçısı bu yaxınlarda yerli televizya kanallarına müsahibəsində Zəngəzur dəhlizinin açılmasının tarixi və strateji əhəmiyyətini də xüsusi qeyd etmişdir. Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. Bu dəhliz təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında coğrafi bağlantının bərpası deyil, eyni zamanda beynəlxalq nəqliyyat marşrutlarının genişlənməsi, Orta Dəhlizin güclənməsi və regionda iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyması deməkdir. Azərbaycanın Şərq ilə Qərb, Şimal ilə Cənub arasında etibarlı körpü rolunu getdikcə gücləndirməsi ölkəmizin geosiyasi əhəmiyyətini daha da artırır.Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə dövlət-xalq-ordu birliyinin vəhdətindən yaranmış əvəzolunmaz güc sayəsində, Azərbaycan döyüş meydanında qazandığı parlaq Qələbəni beynəlxalq siyasi müstəvidə də möhkəmləndirilmişdir. Həmçinin ölkəmizin suverenliyi və ərazi bütövlüyü dünya miqyasında qəbul olunmuşdur. Çox qısa zamanda bütün dünya Azərbaycanın ordu quruculuğu prosesində qüdrətini gördüyü kimi, qurub-yaratmaq, inşa etmək prosesində də gücünü görür. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərlə bağlı çıxışlarında səsləndirdiyi fikirlər isə xüsusi qürur doğurur. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, beynəlxalq tədbirlərin bu torpaqlarda keçirilməsi, on minlərlə insanın doğma yurdlarına qayıdışı Azərbaycanın gücünü, iradəsini və humanist siyasətini açıq şəkildə nümayiş etdirir. Qısa müddətdə bu ərazilərin yaşayış, əmək və mədəniyyət mərkəzlərinə çevrilməsi ölkəmizin gücünü, dövlət siyasətinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini sübut edir.

Bünyad Süleymanlı

YAP Şərur rayon təşkilatının mühasibi

Digər xəbərlər