13yanvar 2026-cı il tarixdə Kürdəmir şəhər Kürdəmir rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində YAP Kürdəmir rayon təşkilatının “Ü.Hacıbəyov küçəsi 10” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov və partiya üzvləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan“Ü.Hacıbəyov küçəsi 10” ərazi partiya təşkilatınınsədri,Kürdəmir rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinındirektoru Nəsibə HidayətovaYeni Azərbaycan Partiyasının ölkənin ictimai, siyasi və sosial həyatındakı rolundan danışaraq bildirib ki, ölkəmiz böyük tərəqqi və inkişaf yolu keçərək dünyada öz layiqli yerini tutmuşdur. Ali Baş Komandanımızın rəhbərliyi və Müzəffər Ordumuzun qalibiyyəti nəticəsində üçrəngli müqəddəs bayrağımız suverenliyimizin rəmzi kimi Qarabağ da daxil olmaqla bütöv Azərbaycanda vüqarla dalğalanır. VII Qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr və öhdəliklər haqda partiya fəallarına məlumat verib.
Yığıncaqda çıxış edən ərazi partiya təşkilatının üzvləri Xatirə Mənsimova, Fatma Novruzova, Sevda Vəliyeva, Svetlana Xankişiyeva Ulu Öndər Heydər Əliyevin mütərəqqi ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salıb və ölkəmizin qazandığı uğurlardan danışıblar. Yığıncaqda ərazi partiya təşkilatının işi yüksək qiymətləndirilib.
Çıxışlardan sonra səsvermə nəticəsində ərazi partiya təşkilatına sədr və sədr müaviniseçilib. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər və bu etimadı layiqincə doğruldacaqlarını, bundan sonra da Vətənə, xalqa sədaqətlə xidmət edəcəkələrini bəyan ediblər.
Tədbirdə iştirak edən YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, dövlətçilik strategiyasının ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. “Ü.Hacıbəyov küçəsi 10” ərazi partiya təşkilatının hesabatı və fəaliyyəti YAP Kürdəmir rayon təşkilatı tərəfindən qənaətbəxş hesab edilib. E.Qafarov yeni seçilmiş sədr və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.