8 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilmişdir.Bu mühüm və önəmli hadisə bir daha onu göstərdi ki, Azərbaycanımız dövləti enerji təhlükəsizliyinin təmin olunmasında həmçinin dayanıqlı inkişaf və “yaşıl enerji” strategiyası istiqamətində ardıcıl və məqsədyönlü siyasət yürütməkdədir
Bu gün artıq ölkəmizdə fəaliyyətə başlayan Xızı–Abşeron Külək Elektrik Stansiyası dövlətimizin enerji potensialını daha da gücləndirir,eyni zamanda alternativ və bərpa olunan enerji mənbələrinin payını artıran strateji layihələrdən biridir. Bu stansiyanın istismara verilməsi yalnız texniki nailiyyət deyil,eyni zamanda Azərbaycan Respublikasının uzunmüddətli enerji strategiyasının real nəticəsidir.
Enerji potensialımızın gücləndirilməsi – dövlət siyasətimizin əsas xətti və əsas məsələlərdən biridir. Prezidentimiz İlham Əliyevin çıxışında vurğuladığı kimi, Azərbaycanın enerji sektoru bu gün təkcə daxili tələbatı ödəyən deyil, eyni zamanda regional və qlobal enerji təhlükəsizliyinə töhfə verən bir sahəyə çevrilib. Xızı–Abşeron Külək Elektrik Stansiyasıda bu siyasətin məntiqi və uğurlu davamıdır.
Bu stansiyanın fəaliyyətə başlaması ölkəmizin elektrik enerjisi istehsal imkanlarını artırır, bərpa olunan enerji mənbələrinin payını yüksəldir, ətraf mühitin qorunmasına mühüm töhfələr verir,və karbon emissiyalarının azalmasına xidmət edir. Eyni zamanda bu layihə Azərbaycanın “yaşıl enerji”yə keçid strategiyasının artıq praktik mərhələyə qədəm qoyduğunu açıq şəkildə nümayiş etdirir. Təbii ki, bu kontekstdə Yeni generasiya gücləri yaranır və iki yola bölünür: mürəkkəb və məsuliyyətli yollar.
Son illər ərzində ölkəmizdə yeni generasiya enerji güclərinin istismara verilməsi həm texniki baxımdan mürəkkəb, həm də strateji baxımdan son dərəcə məsuliyyətli bir proses olmuşdur. Bu sahədə atılan hər bir addım Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti, güclü siyasi iradəsi və peşəkar idarəetmə modeli nəticəsində mümkün olmuşdur.
Xızı–Abşeron Külək Elektrik Stansiyasında bir sıra müasir texnologiyalar əsasında qurulub, beynəlxalq standartlara cavab verir, yüksək səmərəlilik və etibarlılıq prinsiplərinə əsaslanır.
Bu cür layihələrin icrası göstərir ki, Azərbaycan höküməti yalnız ənənəvi enerji istehsalçısı deyil, eyni zamanda innovativ və ekoloji cəhətdən məsuliyyətli enerji ölkəsidir. Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir, iqtisadi təhlükəsizliyini gücləndirir və gələcək nəsillər üçün sağlam enerji mühiti yaradır. Xızı–Abşeron Külək Elektrik Stansiyasının açılışı da məhz bu dövlətçilik xəttinin növbəti parlaq təzahürüdür.
Bu layihə bir daha sübut edir ki:Azərbaycan dövləti strateji baxışa malikdir, enerji siyasəti milli maraqlara əsaslanır, inkişaf davamlı və planlı şəkildə həyata keçirilir.
Əminliklə demək olar ki, bu cür layihələr ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq,və Azərbaycanımızı “yaşıl enerji” sahəsində regional liderlərdən birinə çevirəcəkdir.
Elgün Rüstəmli
YAP Yasamal rayon təşkilatının gənc fəalı