"Bakı şəhərində yağış sularının idarəedilməsi ciddi problemə çevrilmişdir. Son illər paytaxtda aparılan yenidən qurma və bərpa işləri zamanaı yağış suların idaredilməsi məsələsi demək olar ki, diqqətdən kənarda qalmışdır. Hətta paytaxtın yolları yenidən qurulanda köhnədən mövcud drenaj-kollektor şəbəkəsi ləğv edilərək üstünü asfaltladılar. Ona görə də yağışlar yağnda sular kanalizasiyalara axıdılır və bu da mövcud sistemin yağış sularının kənarlaşdırlmasınada imkan vermədiyindən küçələr, prosepktlər və tunellərdə yağış suları yığılır və bu da müəyyən fəsadlara və narazılıqllara yol açır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, dünyanın inkişaf etmiş şəhərlərində yağış suların idarəolunması üçün drenaj-kollektor sşəbəkəsi qurulmuşdur: "Drenaj-kollektor sistemləri ümumi kanalizasiya sistemlərindən kənardır və yağış və ya qar əriməsi nəticəsində əmələ gələn suları kənarlaşdırılaraq idarəolunması üçün tikilir. Hətta yağış sularının yığılması üçün əlavə su anbarların tikintisi də mümkündür. Belə ki, həmin anbarlarda yığılan yağış sularından lazımı vaxtı texniki məqsədlər üçün istifadə etmək olar və bu da içməli suya kifayət qədər qənaet olunmasına imkan vermiş olar. Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə etdiyi çıxışda leysan yağışları zamanı Bakıda nəqliyyatın iflic olması ciddi problem olduğunu və bunun həlli üçün 30 küçədə yeni yağış suları kollektor şəbəkəsi qurulacağını qeyd etdi. Bu o deməkdir ki, bu problem artıq Dövlət Proqramına salınıb və müəyyən olunmuş müddətdə öz həllini tapacaqdır. Hesab edirəm ki, yeni qurulacaq kollektor şəbəkəsi paytaxtda yağışların yağması zamanı subasma hallarını aradan qaldırcaq və bu müstəvidə olan narazılıqları birədəflik həll edəcəkdir. Yağış suların düzgün idarəolunması həm də yollara döşənmiş asfalt qatının uzunömürülüyün artmasına və yol infrasturukturunun daha uzunmüddətli olmasına yol açacaq. Bu baıxmdan su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirlməsi ilə bağlı qəbul olunacaq proqram çox əhəmiyyətli və gözlənilən bir sənəd hesab edirəm".
Müəllif: Ziya Hikmətoğlu