PDF Oxu

Siyasət

  • 994

Enerji Təhlükəsizliyi və Milli İnkişaf - MƏQALƏ

image

Azərbaycanda enerji sisteminin inkişafı son illər ərzində dövlət siyasətinin əsas prioritetlərindən biri kimi formalaşmış və ölkənin iqtisadi, siyasi və strateji gücünün mühüm dayağına çevrilmişdir. Enerji sektoru təkcə iqtisadi artımın mənbəyi deyil, eyni zamanda Azərbaycanınregional və qlobal miqyasda etibarlı tərəfdaş kimimövqeyini möhkəmləndirən əsas amillərdəndir. Bu inkişafyolu isə təsadüfi deyil, dərin tarixi əsaslara, uzaqgörən strategiyaya və ardıcıl dövlət idarəçiliyinə söykənir. Müasir Azərbaycan enerji siyasətinin təməlində Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətləri dayanır. XX əsrin sonlarında ölkə müstəqilliyini yenidən bərpa etdikdən sonra ağır siyasi və iqtisadi böhran şəraitində enerji sektorunun dirçəldilməsi milli xilasin əsas istiqamətlərindən birinə çevrildi. Ulu Öndər neftin Azərbaycan üçün təkcə təbii sərvət deyil, həm dədövlətçiliyin möhkəmləndirilməsi üçün strateji alət olduğunu dəqiq müəyyənləşdirdi. 1994-cü ildə imzalanan və tarixə “Əsrin müqaviləsi” kimi düşən neft sazişi Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını təminetdi, ölkəyə böyük investisiyaların cəlb olunmasına yolaçdı və milli iqtisadiyyatın bərpası üçün möhkəm maliyyə bazası formalaşdırdı. Heydər Əliyevin uzaqgörən neft strategiyası yalnız xam neft ixracı ilə məhdudlaşmadı. Bakı–Tbilisi–Ceyhan kimi qlobal əhəmiyyətli boru kəməri layihələri Azərbaycanın enerji təhlükəsizliyində müstəqilliyini möhkəmləndirdi, ölkəni beynəlxalq enerji xəritəsində mühüm tranzit mərkəzinə çevirdi. Bu siyasət nəticəsində Azərbaycan regional sabitliyə töhfə verən, etibarlı və proqnozlaşdırılan enerji tərəfdaşı kimitanındı.Ulu Öndərin müəyyənləşdirdiyi bu strateji xətt Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilmiş vədaha da inkişaf etdirilmişdir. Cənab İlham Əliyevin rəhbərliyi dövründə enerji siyasəti yeni keyfiyyət mərhələsinə yüksəlmiş, neft-qaz sektorunda əldə olunan uğurlar elektro energetika, alternativ və bərpa olunan enerji sahələrinin inkişafı ilə tamamlanmışdır. Enerji təhlükəsizliyi artıq yalnız milli deyil, regional və qlobal kontekstdədüşünülən bir anlayışa çevrilmişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi bunun ən bariz nümunəsidir. Bu nəhəng enerji layihəsi Azərbaycan qazını Avropa bazarına birbaşa çıxarmaqla ölkənin geosiyasi əhəmiyyətini əhəmiyyətli dərəcədə artırmış, Avropanın enerji təhlükəsizliyinin təminində Azərbaycanın rolunu strateji səviyyəyə yüksəltmişdir. Azərbaycan bu gün təkcə enerji istehsalçısı deyil, həm də enerji təhlükəsizliyinə töhfə verən məsuliyyətli tərəfdaş kimi çıxış edir.Son illərdə enerji siyasətində dayanıqlılıq və şaxələndirmə əsas prinsipə çevrilmişdir. Neft və qaz gəlirlərinin səmərəli idarə olunması hesabına ölkədə yeni elektrik stansiyaları tikilmiş, enerji ötürülməsi və paylanması infrastrukturu yenilənmiş, regionların fasiləsiz enerji təminatı gücləndirilmişdir. Eyni zamanda, günəş və külək enerjisi kimi bərpa olunan enerji mənbələrinin inkişafı dövlət səviyyəsində prioritet elan edilmiş, bu sahədə beynəlxalq şirkətlərlə geniş əməkdaşlıq qurulmuşdur. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi Azərbaycanın enerji siyasətinin gələcəyə hesablandığını açıq şəkildə göstərir. Nəticə etibarilə, Azərbaycanda enerji sisteminin inkişafı Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji baxış və Prezident İlham Əliyevin ardıcıl, praqmatik və gələcəyə yönəlmiş enerji siyasəti sayəsində uğurla davam edir. Bu siyasət Azərbaycanın müstəqilliyini iqtisadi baxımdan daha da gücləndirir, ölkəni regionun aparıcı enerji mərkəzinə çevirir və gələcək nəsillər üçün dayanıqlı inkişafın möhkəm əsaslarını formalaşdırır.

Abil Ağasəfov,
YAP Qəbələ rayon təşkilatının sədri.

Digər xəbərlər