Donald Tramp ABŞ-ın Ukraynanın gələcək müdafiəsində iştirakına sadiq qalmağa hazır olduğunu bildirib, lakin o, bunu yalnız Rusiyanın yenidən işğal etməyə cəhd etməyəcəyinə əmin olduğu üçün etdiyini söyləyib. Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar qrupuna ABŞ ilə təhlükəsizlik zəmanətləri haqqında sənədi yekunlaşdırmağı və baxılması üçün iki ölkənin prezidentlərinə təqdim etməyi tapşırıb. Zelenski yazıb ki, o və komandası təhlükəsizlik zəmanətləri haqqında sənədin "mümkün imzalanması" da daxil olmaqla, Amerika tərəfi ilə görüşlər cədvəlini müzakirə ediblər. Prezident həmçinin Baş nazir Yuliya Sviridenko, Baş nazirin müavini Taras Kaçka və iqtisadiyyat naziri Aleksey Sobolevə Ukrayna, ABŞ və Avropa arasında gələcək müqavilələrin "bütün iqtisadi aspektlərinin ekspert icmalını" təmin etməyi tapşırıb.
Rusiyanı və ABŞ-ı nə gözləyir?
Zelenski müharibənin sonu ilə bağlı Rusiya tərəfindən "aydın rəy" gözlədiyini, əks halda Rusiyaya təzyiqin artmalı olduğunu təkrarlayıb. "Biz başa düşürük ki, Amerika tərəfi müharibənin bitməsi üçün əsas siyasi çərçivə ilə bağlı Rusiya ilə ünsiyyətdədir. Biz öz vizyonumuzu formalaşdırmışıq və Rusiyadan müharibəni real şərtlərlə bitirməyə hazır olub-olmadığı barədə aydın rəy olmalıdır. Əgər onlar hazır deyillərsə, təcavüzkara təzyiq artmağa davam etməlidir", - deyə prezident qeyd edib.
Ukraynadakı sülh prosesinin müəyyən mərhələsində Kreml lideri Vladimir Putinlə danışıqlar aparılacaq və bu danışıqlarda AB-nin də iştirak edəcəyi bildirilir. Avropa Komissiyasının sözçüsü Paula Pinyo 12 yanvarda Brüsseldə jurnalistlərlə görüşündə bildirib. Putinlə danışıqlar qaçılmazdır, lakin o, hələlik iştirak etmək niyyətində deyil, deyə Avropa Komissiyası bildirib. "Biz Ukraynada sülh üçün çox israrlı çalışırıq. Ukraynada sülh hazırda bir nəfərdən asılıdır - çox yaxşı bildiyiniz kimi, Prezident Putin. Buna görə də, aydındır ki, bir məqamda Prezident Putinlə danışıqlar aparılmalıdır", - deyə Pinyo bildirib.
O, bu vaxt ərzində "bu istiqamətdə çox iş görüldüyünü" vurğulayıb. Avropa Komissiyasının sözçüsü vurğulayıb ki, "Təəssüf ki, Prezident Putinin bu cür danışıqlarda iştirak etmək niyyətində olduğuna dair heç bir əlamət görmürük. Buna görə də, hələlik orada deyilik. Amma bir məqamda həqiqətən ümid edirik ki, nəticədə Ukraynada sülhə gətirib çıxaracaq bir növ danışıqlar baş tutacaq". Paula Pinyo əlavə edib ki, Aİ həmçinin "bu, həm də bizim təhlükəsizliyimizlə bağlıdır, çünki Ukrayna mövcuddur və biz onu Avropamızın bir hissəsi hesab edirik".
Tramp yenidən köhnə yoluna qayıdır
ABŞ Prezidenti Donald Tramp Zelenskinin yalnız bir kozırının olduğunu - Donald Trampın - və onsuz bu, "tam fəlakət" olacağını bildirib. ABŞ Prezidenti Vladimir Zelenskinin Rusiyanın tammiqyaslı işğalının əvvəlindən "heç bir kartı olmadığını" və onun sözlərinə görə, "hələ də kartı olmadığını" iddia etdi. "Onun kartı yoxdur. İlk gündən kartı yoxdur", - deyə ABŞ Prezidenti bildirib. O, Prezident Zelenskinin "yalnız bir şeyi olduğunu" və o da Donald Tramp olduğunu söyləyib. "Əgər Donald Tramp olmasaydı, bu, tam fəlakət olardı və o, bunu bilir, Avropa liderləri də bilir və hamı bilir", - deyə Amerika lideri bildirib.
Tramp həmçinin bildirib ki, ABŞ-ın Ukraynanın gələcək müdafiəsində iştirakına sadiq qalmağa hazırdır, amma onun sözlərinə görə, bu, yalnız Rusiyanın yenidən işğal etməyə cəhd etməyəcəyinə əmin olduğu üçündür. Tramp Rusiyanın atəşkəsi pozub yenidən işğal edəcəyi təqdirdə Ukraynanı müdafiə etmək üçün müharibəyə getməyə hazır olub-olmayacağı ilə bağlı suala cavab olaraq bildirib. "Mən tamamilə əminəm ki, onlar yenidən işğal etməyəcəklər, əks halda mən buna (təhlükəsizlik zəmanətlərində iştiraka) razı olmazdım", - deyə Tramp bildirib.
ABŞ və müttəfiqlərinin başqa bir işğal halında Ukraynaya hərbi dəstək verməsini tələb edəcək potensial sülh müqaviləsi ilə bağlı suala cavab olaraq Tramp vurğulayıb ki, ABŞ belə bir vəziyyətdə ikinci dərəcəli rol oynayacaq. "Gəlin bunu belə deyək: Ukraynanın müttəfiqləri, bütün Avropa, iştirak edən digər ölkələr - və ABŞ", - deyə Tramp bildirib. O, həmçinin Vladimir Putinin müharibəni bitirmək üçün razılığa gəlmək istəyinə əmin olduğunu bildirib. Lakin Tramp müharibəyə nə qədər tez son qoymağı ümid etdiyini ətraflı izah etməkdən imtina edib. "Sadəcə bunu deməli olduğum bir vəziyyətdə olmaq istəmirəm, çünki həyatları xilas etməyə çalışmaq məcburiyyətindəyəm. Biz əlimizdən gələni edirik. Mənim son tarixim yoxdur", - deyə Tramp bildirib.
O, həmçinin Putinin atəşkəsi rədd etməyə davam edəcəyi təqdirdə ABŞ-ın Ukraynaya dəstəyini artıracağına söz verməyə hazır olmadığını söyləyib.
V.VƏLİYEV