Əlaqə
  • Adı: “Səs” qəzeti
  • VÖEN: 1300681311
  • Domen adının sahibi: Bəhruz Vaqif oğlu Quliyev
  • Məsul redaktor: Bəhruz Vaqif oğlu Quliyev
  • Ünvan: Azərbaycan, Bakı şəhəri, Üzeyir Hacıbəyli 66
  • Tel: (012) 498 19 79
PDF Oxu

Siyasət

  • 1 297

“Böyük Qayıdış” davamlı inkişafın layihəsidir - DEPUTAT DANIŞDI

image

“Böyük Qayıdış” layihəsi çərçivəsində artıq genişmiqyaslı və strateji əhəmiyyət daşıyan işlər həyata keçirilmişdir. Xüsusilə infrastrukturun bərpası istiqamətində aparılan tədbirlər -yol, enerji, su, rabitə şəbəkələrinin qurulması, yeni yaşayış məntəqələrinin salınması və dayanıqlı məşğulluq imkanlarının yaradılması -layihənin kompleks və uzunmüddətli xarakter daşıdığını göstərir” . Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, tibb elmləri doktoru Asim Mollazadə bildirib.

Onun sözlərinə görə, bu miqyaslı proses təbii olaraq böyük maliyyə resursları və institusional koordinasiya tələb edir:”Azərbaycan Respublikasının Prezidenti tərəfindən bölgənin “yaşıl enerji zonası” kimi formalaşdırılması strateji hədəf kimi müəyyən edilmişdir. Bu yanaşma təkcə Qarabağ və Şərqi Zəngəzurun bərpasını deyil, eyni zamanda ölkənin ümumi enerji strategiyasının ekoloji dayanıqlılıq prinsipləri əsasında yenidən qurulmasını nəzərdə tutur. Bərpa olunan enerji mənbələrinin - günəş, külək və su enerjisinin ,bu regionda prioritet istiqamət kimi seçilməsi həm ətraf mühitin qorunması, həm də Azərbaycanın uzunmüddətli enerji təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.Layihənin icrasında qarşıya çıxan əsas problemlərdən biri genişmiqyaslı mina təhlükəsidir. İşğal dövründə ərazilərə bir milyondan artıq minanın basdırıldığı ehtimal edilir və Ermənistan tərəfi indiyədək dəqiq mina xəritələrini təqdim etməmişdir. Bu vəziyyət minalardan təmizləmə prosesini həm maliyyə, həm də zaman baxımından son dərəcə mürəkkəbləşdirir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə yerli və beynəlxalq ixtisaslaşmış şirkətlər cəlb olunur, müasir texnologiyalardan və beynəlxalq təcrübədən istifadə edilir. Bununla belə, mina təmizlənməsi bərpa prosesinin ən çətin və resurs tutumlu mərhələlərindən biri olaraq qalır.Bütün bu çətinliklərə baxmayaraq, “Böyük Qayıdış” layihəsi ardıcıl və sistemli şəkildə icra olunur. Layihə yalnız fiziki infrastrukturun bərpasını deyil, həm də Azərbaycanın tarixi-mədəni irsinin qorunmasını və yenidən canlandırılmasını hədəfləyir. Bu baxımdan Qarabağın gələcəkdə təkcə Azərbaycanın deyil, eyni zamanda İslam və Türk dünyasının mühüm mədəni, sosial və iqtisadi mərkəzlərindən birinə çevriləcəyi real perspektiv kimi qiymətləndirilə bilər”.

Müəllif: Günay Hacıyeva

Digər xəbərlər