Əlaqə
  • Adı: “Səs” qəzeti
  • VÖEN: 1300681311
  • Domen adının sahibi: Bəhruz Vaqif oğlu Quliyev
  • Məsul redaktor: Bəhruz Vaqif oğlu Quliyev
  • Ünvan: Azərbaycan, Bakı şəhəri, Üzeyir Hacıbəyli 66
  • Tel: (012) 498 19 79
PDF Oxu

Siyasət

  • 662

YAP Göygöl rayon təşkilatı üzrə Balçılı kənd ərazi partiya təşkilatında seçki yığıncağı keçirilib - ŞƏRH

image

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə Balçılı kənd ərazi partiya təşkilatında keçirilən yığıncaqda YAP rayon təşkilatının sədr müavini Zamir Hüseynov və partiya fəalları iştirak ediblər.

Tədbir zamanı ilk öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Zamir Hüseynov yığıncaq iştirakçılarını salamladıqdan sonra giriş nitqi ilə çıxış edərək, Partiyanın fəaliyyəti dövründə əldə etdiyi uğurlardan, dünya çapında özünəməxsus yerə malik olmasından və gələcək inkişaf perspektivlərindən danışmışdır. Ərazi partiya təşkilatının fəaliyyəti müzakirə olunmuş və hesabat məruzəsi dinlənilmişdir. Tədbirdə partiya fəallarından Eldəniz Səttarlı, Coşqun Quliyev, Alimə Məmmədova və digərləri çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar.

Sonra təşkilatı məsələyə baxılaraq Hüseynov Ceyhun Əmrah oğlu Ərazi partiya təşkilatının sədri, Hüseynov Fəxri Akif oğlu sədr müavini seçilmişlər.

YAP Göygöl rayon təşkilatının sədr müavini Zamir Hüseynov yeni seçilən şəxsləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Ərazi Partiya təşkilatına seçilmiş sədr və sədr müavini onlara göstərilən yüksək etimada görə minnətdarlıq ifadə edərək, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildiriblər.

Digər xəbərlər