Son illər ərzində ölkəmizdə yeni nəsil enerji güclərinin istismara verilməsi həm texniki mürəkkəbliyi, həm də strateji əhəmiyyəti ilə seçilən mühüm bir prosesdir. Bu layihələrin reallaşdırılması ciddi planlaşdırma, yüksək ixtisaslı kadr potensialı və qabaqcıl texnologiyaların tətbiqini tələb edir. Müasir enerji obyektlərinin inşası və istismarı zamanı təhlükəsizlik, ekoloji tələblər və dayanıqlılıq prinsipləri əsas prioritet kimi nəzərə alınır.
Yeni generasiya enerji gücləri ölkənin enerji balansının şaxələndirilməsinə, enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə və xarici asılılığın azaldılmasına xidmət edir. Eyni zamanda, bu sahədə həyata keçirilən layihələr yaşıl enerji mənbələrinin payının artmasına, ətraf mühitə təsirin minimuma endirilməsinə və gələcək nəsillər üçün daha sağlam ekoloji mühitin formalaşdırılmasına imkan yaradır. Bütün bunlar ölkəmizin sosial-iqtisadi inkişafına, regionların potensialının gücləndirilməsinə və uzunmüddətli strateji hədəflərin reallaşdırılmasına mühüm töhfə verir.
Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi