PDF Oxu

Siyasət

  • 1 038

Göygöldə hesabat yığıncağı keçirilib - FOTOLAR

image

Rayon İcra Hakimiyyətində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Regionların sosial-iqtisadi inkişafının təhlili sektorunun müdiri Müşfiq Osmanov, RİH Başçısı yanında Şuranın üzvləri, hüquq mühafizə orqanlarının və rayonun xidmət sahələrinin rəhbərləri, RİH yanında İctimai Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, şəhid ailələri, qazilər, rayonda fəaliyyət göstərən QHT-nin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək ruhunu ehtiramla anıblar.

Yığıncaqda çıxış edənlər bildiriblər ki, 2025-ci il ərzində rayon üzrə sosial-iqtisadi inkişaf, infrastrukturun yenilənməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması və məşğulluğun artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Dövlət proqramlarına uyğun olaraq yolların təmiri, içməli su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, təhsil və səhiyyə müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl işlər görülüb. Qeyd olunub ki, vətəndaş məmnunluğunun təmin edilməsi əsas prioritetlərdən biri olaraq qalır. İl ərzində keçirilən səyyar qəbullar və görüşlər zamanı vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin əksəriyyəti operativ şəkildə həll olunub. Hesabat yığıncağında qarşıda duran vəzifələrdən də bəhs edilib. 2026-cı ildə rayonda sosial layihələrin genişləndirilməsi, sahibkarlığın inkişafına dəstəyin artırılması, yeni iş yerlərinin yaradılması, ətraf mühitin mühafizəsi və kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi əsas hədəflər kimi müəyyən edilib. Əldə olunan nəticələrin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olduğu vurğulanıb və qarşıdakı dövrdə bütün qurumların koordinasiyalı fəaliyyətinin vacibliyi qeyd edilib.

İclasda çıxış edən Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Müşfiq Osmanov, Şəhid anası Minayə Orucova, Rayon Polis şöbəsinin rəisi Şəmşir Kazımov, RİHBA-nın sektor müdiri Sərdar Balayev, RMX PHŞ direktoru Vasif Əliyev, DAİM direktoru Azər Hacıyev, İcra Hakimiyyəti yanında İctimai şuranın sədri Ələddin Qurbanov və digər natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq 2025-ci ildə islahatların yeni mərhələsinə qədəm qoyulduğunu və məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atıldığını bildiriblər. Eyni zamanda Göygöl rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri, sosial infrastrukturun yenilənməsi, yeni iş yerlərinin açılmasının cənab Prezidentin siyasətinin real nəticəsi olduğu vurğulanıb.

Sonda cari ilin hədəflərini əks etdirən qərar qəbul olunaraq, toplantı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanan müraciət diqqətə çatdırılıb.

Digər xəbərlər