PDF Oxu

Siyasət

  • 1 102

Rusiya, Azərbaycan və Ermənistan arasında ticarət regional əməkdaşlığın və sülhün təminatçısıdır - ŞƏRH

image

Müasir Dövlət İnkişafı İnstitutunun (Rusiya) direktoru Dmitri Solonnikov "Moskva-Baku" portalına verdiyi şərhdə Rusiya, Azərbaycan və Ermənistan arasında münasibətlər zəminində Cənubi Qafqazda yeni iqtisadi reallıqları müzakirə edib. Ekspertin fikirlərini oxucularımıza təqdim edirik.

- Dmitri Vladimiroviç, Rusiyanın iştirakı ilə Azərbaycan və Ermənistan arasında əməkdaşlığın iqtisadi komponenti irəliləyir. Ötən ilin sonundan bəri Azərbaycan artıq Ermənistana üçüncü neft məhsullarını tədarük edib. Rusiya Azərbaycan ərazisindən taxıl və şəkər daşıyıb. Tərəflər perspektivli məhsulların gələcək tədarükünü müzakirə edirlər. Bu addımları necə qiymətləndirirsiniz?

- Ümumilikdə, mən onlara müsbət baxıram. Uzunmüddətli regional münaqişənin normallaşdırılması həmişə mənfi deyil, müsbət haldır. Əvvəllər münaqişə edən dövlətlər arasında bu və ya digər sahədə yaxınlaşma həmişə vacibdir. Məlumdur ki, Azərbaycan və Ermənistan 30 il davam edən qanlı, gərgin münaqişədən sonra yekun sülh müqaviləsi imzalamağa və dövlətlərarası münasibətlər qurmağa çalışırlar. Ölkələr arasında iqtisadi əməkdaşlıq müəyyən dərəcədə müsbət tendensiyaların tətikləyicisidir.

Rusiyanın Ermənistan və Azərbaycan arasında, o cümlədən iqtisadi yolda sülh yolu ilə həll yolunun hazırlanmasına əhəmiyyətli töhfəsinə baxmayaraq, Yerevan prosesin müəyyən mərhələsində Rusiyanın təkliflərini blokladı. Xatırladım ki, illərdir davam edən münaqişədən sonra Azərbaycan və Ermənistanı bir-birinə yaxınlaşdırmaq üçün Rusiyanın təşəbbüsü məhz iqtisadi əməkdaşlıq ideyasına əsaslanırdı.

Eyni zamanda, reallıq budur ki, Rusiyanın Zaqafqaziyadakı iqtisadi mövcudluğu regionun inkişafının vacib əlavə hərəkətverici qüvvəsidir. Bu, danılmaz faktdır. Ortaq Avrasiya məkanı, coğrafi yerləşmə və yaxınlıq bütün oyunçulara fayda verir.

Buna görə də, Rusiya, Azərbaycan və Ermənistan arasında qarşılıqlı məhsul tədarükü obyektiv əməkdaşlığın və sülhə və konstruktiv qarşılıqlı əlaqəyə doğru meylin sübutudur. Və bu, normal və sağlamdır.

Rusiya, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edərkən başa düşmək vacibdir ki, Paşinyanın mövqeyi onu hakimiyyətə gətirən Qərbin ona verdiyi siyasi mandatı ardıcıl olaraq yerinə yetirməkdir. O, Ermənistanda bütün Rusiya layihələrindən çəkilmək üçün hakimiyyətə təyin edilib. Ona bunu həyata keçirmək tapşırılıb və o, bunu həyata keçirir. Paşinyan isə bu xətti davam etdirəcək, Rusiyayönlü layihələrdən çəkiləcək və Qərb siyasi elitasının nəzarəti altına keçəcək. Eyni zamanda, o, iqtisadi imkanları və Avrasiya inteqrasiyasının müsbət iqtisadi aspektlərini qorumağa çalışacaq. Buna görə də o, Ermənistanın ehtiyac duyduğu postsovet məkanında iqtisadi qarşılıqlı əlaqəni kəsməyəcək.

Paşinyan bir daha vəziyyətdən istifadə edir. Təbii ki, Rusiya bunu görür. Lakin Moskva tərəfdaşlarına qarşı ehtiyatlıdır; biz daim hər şeyin az-çox yaxşı olduğunu və həmişə tərsinə çevrilə biləcəyini iddia edirik. Özümüz heç bir münasibəti kəsmirik.

Ermənistanın Ermənistan-Türkiyə sərhədində Rusiya sərhədçilərinin olmasından imtina edəcəyi barədə məlumatlar görürük. Ermənistan getdikcə Rusiyanı Cənubi Qafqazdan sıxışdırır, kiçik addımlar atır. Bir gün Gümrüdəki Rusiya bazası çıxarılacaq və NATO bazası ilə əvəz olunacaq. Rusiya hər kiçik addıma ciddi reaksiya vermir. Qalanı qorumaq düzgün mövqedir. Və hər halda, əlaqələrimizi qorumaq üçün istənilən şəraitdə iqtisadi münasibətlərimizi davam etdirəcəyik.

Amma, bütün bunları ümumiləşdirərək, Cənubi Qafqazda Rusiya, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yaxın gələcəkdə ölkələrimizin birliyi üçün hərəkətverici qüvvə olaraq qalacaq.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər