PDF Oxu

Siyasət

  • 512

Azərbaycanın güclü iqtisadi gələcəyinin təminatı - ŞƏRH

image

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı”na həsr olunan müşavirə keçirilib. Bu müşavirə son 20 ildə həyata keçirilən infrastruktur layihələrinin və onların uğurlu nəticələrinin təqdimatı idi. Müşavirədə dövlətimizin başçısının çıxışı bir daha göstərdi ki, su məsələsi Azərbaycan üçün yalnız infrastruktur deyil, milli təhlükəsizlik sosial rifah məsələsidir.

Ölkəmizdə illik bərpa olunan su ehtiyatlarının həcmi orta hesabla 30–32 milyard kubmetrdir ki, bunun da yalnız 10–11 milyard kubmetri ölkə ərazisində formalaşır. Qalanı isə Kür, Araz və Samur çayları vasitəsilə qonşu ölkələrdən daxil olur. Prezident İlham Əlyevin qeyd etdi ki, “dünyada iqlim dəyişikliyi iləbağlı ciddi narahatlıq hökm sürür. Bir çox ölkələr artıq bundan ciddi zərər görür.”

Belə ki, yağıntıların qeyri-bərabər paylanması, buxarlanmanın artması və xüsusilə transsərhəd çayların yuxarı axın ölkələri tərəfindən intensiv istifadəsi su balansına əlavə təzyiq yaradır. Bu baxımdan Azərbaycan BMT-nin təsnifatına görə, “su stresinə yaxın” ölkələrdən sayılır. Bütün bu faktlar göstərir ki, Azərbaycanda su ehtiyatlarının səmərəli idarə olunması iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyır.

Qeyd edək ki, Proqram ətraf mühitin qorunması və dayanıqlı inkişaf prinsiplərini də özündə birləşdirir. Prezident İlham Əliyevin diqqət çəkdiyi mühüm məqamlardan biri də məhz bu barədədir:“Dənizə buraxılan sular 100 faiz təmizlənməlidir. Xəzər dənizinin çirklənməsinin əsas amillərindən biri də budur. Ona görə burada da lazımi əlavə tədbirlər görüləcək. Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və potensialının genişləndirilməsi də gündəlikdə duran məsələdir.”

Dənizə buraxılan tullantı suların təmizlənməsi, Xəzər dənizinin faunasını və florasını qoruyacaq, turizm və dəniz sahəsində iqtisadi aktivliyi artıracaq, su resurslarından sağlam şəkildə istifadəni təmin edəcək.

Yağış sularının idarə olunması da proqramın mühüm hissəsidir. Prezident İlham Əliyevin sözlərinə görə, leysan yağışları zamanı şəhər nəqliyyatının iflic olması ciddi problemlər yaradır və Bakıda yağış sularının idarə olunması sahəsində zəifliklər mövcuddur.

Bu məqsədlə paytaxtın 30 küçəsində yeni yağış suyu kollektor şəbəkəsi qurulacaq, kanalizasiya xidməti 50 faizdən 95 faizə çatdırılacaq. Bununla yanaşı, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün duzsuzlaşdırma zavodu inşa ediləcək. Bu, ilk dəfə olaraq sırf xarici investisiyalar hesabına həyata keçirilən layihədir və şəhərin su mənbələrinin həcmini artıracaq, suyun keyfiyyətini təmin edəcəkdir.

Qeyd edək ki, 12 yanvar 2026-cı il tarixdə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi Bakı və Abşeron yarımadasına dayanıqlı içməli suyun verilməsini yaxşılaşdırmaq deyil, həm də bütün su dövriyyəsinin keyfiyyətlə idarə olunmasıdır.Prezidentin vurğuladığı kimi, bu proqramın icrası ciddi nəzarət altında olacaq, həm dövlət strukturları, həm də ictimaiyyət prosesə cəlb ediləcək. Proqram 2035-ci ilə qədər icra olunmalıdır.Bu müşavirədə müəyyən edilən hədəflər Azərbaycanın güclü iqtisadi gələcəyinin təminatıdır.

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Digər xəbərlər