PDF Oxu

Siyasət

  • 778

Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi qurulacaq - MƏQALƏ

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə şəhər infrastrukturunun müasirləşdirilməsi və dayanıqlı inkişafın təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu siyasətin tərkib hissəsi olaraq Bakı şəhərində yağış sularının idarə olunması məqsədilə genişmiqyaslı infrastruktur layihəsinin icrasına başlanılır.

Layihə çərçivəsində paytaxtın 30 əsas küçə və prospektində yeni kollektor şəbəkəsinin qurulması nəzərdə tutulur. Yeni sistem intensiv yağıntılar zamanı yaranan su yığıntılarının operativ şəkildə kənarlaşdırılmasına, daşqın riskinin azaldılmasına və nəqliyyat infrastrukturunun qorunmasına xidmət edəcək.

Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, müasir şəhərsalma prinsiplərinin tətbiqi, kommunal və mühəndis infrastrukturlarının yenilənməsi və əhalinin rahat yaşayış şəraitinin təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Məhz bu yanaşmanın nəticəsi olaraq son illərdə Bakıda və regionlarda yağış suları, kanalizasiya və drenaj sistemlərinin yenilənməsi istiqamətində mühüm layihələr reallaşdırılır.

Yeni kollektor şəbəkəsinin inşası şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, sanitariya təhlükəsizliyinin təmin olunmasına və paytaxt sakinlərinin gündəlik həyat keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək. Layihə eyni zamanda Bakı şəhərinin mühəndis-kommunikasiya infrastrukturunun uzunmüddətli perspektivdə dayanıqlığını təmin edəcək.

Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə həyata keçirilən bu kimi layihələr Bakının müasir, təhlükəsiz və rahat şəhərə çevrilməsi istiqamətində atılan ardıcıl və məqsədyönlü addımların bariz nümunəsidir.

YAP Qubadlı rayon təşkilatının sədri,

Təhmasib Rüstəmov.

Digər xəbərlər