Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə vurğulandı ki, 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı təkcə şəhər infrastrukturunun təkmilləşdirilməsi məqsədi daşımır – bu, eyni zamanda ətraf mühitin qorunması baxımından da mühüm sənəddir.
Prezident çıxışında bildirib ki, yağış və tullantı sularının effektiv və düzgün idarə olunmaması nəticəsində su basqınları, torpaqeroziyası, kanalizasiya sızmaları vəekolojipozuntular yaranır. Yeni proqram bu risklərinqarşısını almağa, təmizləyici sistemlərin yenilənməsinə və şəhər ətraf mühitinin qorunmasına yönəlib.
Layihə çərçivəsində ərazilərin drenaj sistemləri təkmilləşdiriləcək, yeni kollektorlar çəkiləcək və mövcud çirkab suların təmizləyici qurğuları beynəlxalq standartlara uyğunlaşdırılacaq. Su hövzələrinin çirklənməsinin qarşısı alınacaq və təmiz suya çıxış daha geniş əhatəli olacaq.
Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçi