PDF Oxu

Siyasət

  • 537

Su təhlükəsizliyi və dayanıqlı inkişaf

image

2026–2035-ci illəri əhatə edəcək yeni Dövlət Proqramı bu sahədə keyfiyyətli dəyişikliklərə səbəb olacaq. Proqramın icrası çərçivəsində mövcud infrastrukturlar müasir standartlara uyğun yenidən qurulacaq, su itkisini azaldan sistemlər tətbiq ediləcək, yeni texnologiyalarla təchiz olunmuş təmizləyici qurğular inşa olunacaq.

Prezident İlham Əliyev qeyd edib ki, bu yalnız infrastruktur məsələsi deyil – bu, həm də əhalinin sağlamlığı, ictimai gigiyena və ekoloji sabitlik deməkdir. O, aidiyyəti dövlət qurumlarına və yerli icra orqanlarına bu sahədə ciddi məsuliyyət yükləyib və görüləcək işlərin vaxtında, keyfiyyətlə yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev bu proqramın gələcək nəsillər üçün daha yaşıl, təhlükəsiz və davamlı şəhər mühitinin yaradılmasına xidmət edəcəyini qeyd edib. Su ehtiyatlarının düzgün idarə olunması Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.

Yeni proqramla regionda sudan səmərəli istifadə təmin olunacaq, su qıtlığının qarşısı alınacaq və yeni məskunlaşma ərazilərinin təchizatı daha dayanıqlı olacaq. Bu da öz növbəsində həm sosial rifaha, həm də iqtisadi inkişaf tempinə müsbət təsir göstərəcək.

Süleyman Tağıyev

YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər