PDF Oxu

Siyasət

  • 936

Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində məqsədyönlü addımlar atılır - ŞƏRH

image

Ölkəmizdə şəhid ailələrinə diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindəndir. Ölkəmizdə şəhid ailələrinə, əlillərə olan münasibət dövlətimizin məqsədyönlü, düşünülmüş və ardıcıl siyasətinin tərkib hissəsidir. Bu, dövlət başçısının siyasətinin əsasında ölkənin hər bir vətəndaşına münasibətdə ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiqləyir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm rol oynayır. Əhalinin həssas qruplarının, şəhid ailələrinin və döyüşlərdə sağlamlığını itirmiş şəxslərin rifah halının yaxşılaşdırılması üçün mütəmadi olaraq proqramlar qəbul edilir, layihələr icra olunur və bu istiqamətdə bütün məsələlər xüsusi diqqətdə saxlanılır. Dövlət başçısı çıxışlarında hər zaman bu insanlara qayğı göstərilməsinin vacibliyini vurğulayır.

Bu qəbildən olan vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Eyni zamanda qazilərin sağlamlığının qorunması, müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də mühüm addımlar atılır. Bu da onların öz sağlamlıqlarını bərpa etmələrinə imkan verir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Azərbaycan dövlətinin iqtisadi, siyasi və hərbi qüdrətinin günbəgün artması, haqq səsimizin beynəlxalq tribunalardan səslənməsi xalqımızın bir daha faciələrlə, soyqırımlarla sınağa çəkilməyəcəyinə təminat verir. Şəhid ailələrinin, müharibə əlilləri və veteranların sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi ictimaiyyət tərəfindən minnətdarlıqla qarşılanır. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu kateqoriyadan olan insanlarla bağlı müxtəlif layihələr həyata keçirilir.

Mütəmadi olaraq şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlər keçirilir, onların məişət problemləri dövlət xətti ilə həll olunur. Hər görüşdə şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri qalib dövlətin vətəndaşları kimi Ali Baş Komandanımızla fəxr etdiklərini deyir, azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağının dalğalanmasından iftixar hissi keçirdiklərini bildirirlər. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən etibarən 44 gün davam edən Vətən müharibəsində Azərbaycan misilsiz tarixi zəfər qazandı, müzəffər Ordumuz əzəli torpaqlarımızı işğaldan azad etdi. Beləliklə, bütün şəhidlərimizin qisası alındı, tökülən qanlar yerdə qalmadı. Ölkə Prezidentinin də dediyi kimi: “Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik”. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olundu.

Elnur Əsədov

YAP Kəngərli rayon təşkilatının mühasibi

Digər xəbərlər