PDF Oxu

Siyasət

  • 1 143

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı üzrə hesabat - seçki yığıncağı keçirilib

image

16 yanvar 2026-cı il tarixdə Kürdəmir şəhər Famil Həşimov adına 3 saylı tam orta məktəbində YAP Kürdəmir rayon təşkilatının “Osman Mirzəyev küçəsi 18” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarovvə partiya üzvləri iştirak edib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Kürdəmir şəhər Famil Həşimov adına 3 saylı tam orta məktəbinin hərbi rəhbəri,“Osman Mirzəyev küçəsi 18” ərazi partiya təşkilatının sədri Əli Abdurahmanovərazi partiya təşkilatının ötən dövr ərzində fəaliyyəti barədə geniş məlumat verdi. Daha sonra bildirib ki,Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmizdə yeni məktəblərin tikilməsi, mövcud təhsil müəssisələrinin əsaslı təmiri, müəllimlərin sosial rifahının yaxşılaşdırılması və təhsildə islahatların aparılması bunun bariz nümunəsidir. Yeni Azərbaycan Partiyası hesab edir ki, savadlı, vətənpərvər və müasir düşüncəli gənclik Azərbaycanın davamlı inkişafının əsas təminatıdır. Bu baxımdan YAP-ın həyata keçirdiyi təhsil siyasəti güclü dövlət, güclü cəmiyyət formalaşdırmağa xidmət edir.

Yığıncaqda çıxış edən ərazi partiya təşkilatının üzvləri Lalə Əlizadə, Afət İmanova,Həsənova Zahirə, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 22 ildə Azərbaycanın böyük və şərəfli inkişaf yolundan, möhtəşəm tarixi zəfərlər və uğurlar qazanmasından, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun yüksəlməsindən, Azərbaycanın regionda güc mərkəzinə çevrilməsindən bəhs etdilər. Yığıncaqda ərazi partiya təşkilatının işi yüksək qiymətləndirilib.

Tədbirdə iştirak edən YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai, siyasi və sosial həyatındakı rolundan danışaraq bildirib ki, ölkəmiz böyük tərəqqi və inkişaf yolu keçərək dünyada öz layiqli yerini tutmuşdur. Bütün bunlar Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin və misilsiz xidmətlərinin sayəsində mümkün olmuşdur. VII Qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr və öhdəliklər haqda partiya fəallarına məlumat verib.

Çıxışlardan sonra səsvermə nəticəsində ərazi partiya təşkilatının sədri Əli Abdurahmanov, sədr müavini isə Zəkiyə Əzizova seçildi. Ərazi partiya təşkilatının seçilmiş sədr və sədr müavini göstərilmiş etimada görə təşəkkürlərini bildiriblər və bu etimadı layiqincə doğruldacaqlarını, bundan sonra da Vətənə, xalqa sədaqətlə xidmət edəcəkələrini bəyan ediblər.“Osman Mirzəyev küçəsi 18” ərazi partiya təşkilatının hesabatı və fəaliyyəti YAP Kürdəmir rayon təşkilatı tərəfindən qənaətbəxş hesab edilib. E.Qafarov yeni seçilmiş sədr və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.

Digər xəbərlər