PDF Oxu

Siyasət

  • 549

Ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək - ŞƏRH

image

Su ehtiyatlarından istifadənin yaxşılaşdırılması, içməli su təchizatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb olunması sosial-iqtisadi inkişaf baxımından önəm kəsb edir. Su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı sahəsində ilk pilot layihə həyata keçirilir. İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin reallaşdırılması üçün elan edilmiş müsabiqənin nəticələrinə görə, Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin rəhbərlik etdiyi konsorsium 1-ci yeri tutub. Layihə çərçivəsində konsorsium tərəfindən qoyulacaq investisiya hesabına Sumqayıt Kimya Sənaye Parkında günlük istehsal gücü 300 min m³ su olan zavodun tikintisi planlaşdırılır. Müəssisənin 2,5 il ərzində tikilməsi nəzərdə tutulur. Müqaviləyə əsasən, layihənin müddəti 27,5 ildir. Belə ki, konsorsium layihəni bu müddətdə idarə etdikdən sonra müəssisə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin idarəetməsinə keçəcək.

Saday Qasımov
Azərbaycan Tibb Universitetinin 1-ci kurs tələbəsi

Digər xəbərlər