PDF Oxu

Siyasət

  • 1 260

"Bu, infrastruktur quruculuğu və Qarabağın gələcək inkişaf modelidir" - ŞƏRH EDİLDİ

image

"Dövlət başçısnın Ağdərədə keçmiş köçkünlərlə görüşündəkli çıxışında səsləndirdiyi fikirlər və verilən mesajlar postmünaqişə dövrü üçün Prezidentin formalaşdırdığı strateji siyasi kursun əsas konturlarını aydın şəkildə ortaya qoyur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.Onun sözlərinə görə, Ağdərədə keçmiş məcburi köçkünlərlə görüşün bərpa olunmuş yaşayış məntəqəsində keçirilməsi həm simvolik, həm də siyasi baxımdan xüsusi məna daşıyır və bir neçə əsas istiqaməti eyni vaxtda ehtiva edir: "Birinci əsas istiqamət ərazi bütövlüyünün bərpasının dönməzliyi və nəticələrinin institusionallaşdırılmasıdır. Prezidentin çıxışında bu mövzunun xüsusi vurğulanması onu göstərir ki, 2020-ci ildən sonra əldə edilən hərbi-siyasi nəticələr artıq keçici mərhələ deyil, uzunmüddətli dövlət siyasətinin təməl sütununa çevrilib. Ağdərə kimi vaxtilə işğal altında olan bir ərazidə dövlət başçısının çıxışı Azərbaycanın suverenliyinin yalnız hüquqi deyil, faktiki və inzibati baxımdan da tam bərqərar olduğunu nümayiş etdirir. Bu, həm daxili auditoriya, həm də regional aktorlar üçün açıq mesajdır ki, Qarabağ məsələsi Azərbaycanın siyasi gündəmində artıq “problem” yox, “inkişaf məkanı” kimi mövcuddur. Çıxışda digər vacib istiqamət köç prosesinin sürətləndirilməsi və sosial dövlət modelinin ön plana çıxarılmasıdır. Keçmiş məcburi köçkünlərlə birbaşa ünsiyyət, onların problemlərinin və gözləntilərinin açıq şəkildə səsləndirilməsi dövlət–vətəndaş münasibətlərindəki mərhələyə işarə edir. Burada köç prosesi sadəcə demoqrafik və ya humanitar tədbir kimi deyil, sosial ədalətin bərpası və tarixi travmanın aradan qaldırılması mexanizmi kimi təqdim olunur. Bu yanaşma dövlətin legitimliyini yalnız güc və qələbə üzərindən deyil, vətəndaş rifahı və sosial məsuliyyət üzərindən möhkəmləndirir.Daha bir xətt infrastruktur quruculuğu və Qarabağın gələcək inkişaf modelidir. Prezidentin vurğuladığı yol, enerji, sosial obyektlər və iqtisadi layihələr Qarabağın subsidiya alan zona deyil, Azərbaycanın ümumi iqtisadi sisteminə inteqrasiya olunmuş inkişaf regionu kimi nəzərdə tutulduğunu göstərir. Bu, postmünaqişə dövründə Azərbaycanın regional güc konsepsiyasının mühüm elementidir. Başqa sözlə desək Prezidentin çıxışında ölkə təkcə hərbi qələbə qazanan deyil, münaqişədən sonra dayanıqlı inkişaf yarada bilən aktor kimi təqdim olunur ki, bu da olduqca önəmli faktordur.Ən nəhayət daha bir istiqamət legitimlik, dövlətçilik və milli birlik aspektidir. Keçmiş köçkünlərlə keçirilən bu görüşlər dövlətin xalqla münasibətlərində emosional-siyasi bağları gücləndirir. Bu, qələbənin bərpa və quruculuq prossesinə transformasiyasının göstəricisidir. İnsanların öz doğma torpaqlarına qayıdışı yalnız fiziki proses deyil, milli yaddaşın və kollektiv kimliyin yenidən bərpasıdır. Bu isə milli birliyin möhkəmlənməsinə, dövlətin legitimliyinin dərinləşməsinə və uzunmüddətli sabitliyə xidmət edir.Ümumi olaraq qeyd etmək olar ki, Ağdərədə verilən mesajlar Azərbaycanın postmünaqişə dövründə suverenlik, sosial ədalət, iqtisadi inkişaf və milli birlik üzərində qurulan kompleks regional güc modelinə keçid etdiyini göstərir. Bu model təkcə daxili siyasət üçün deyil, Cənubi Qafqazın gələcək siyasi arxitekturası baxımından da mühüm çərçivə formalaşdırır".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər