Qlobal iqlim dəyişiklikləri, artan urbanizasiya vəəhalinin genişlənməsi su resurslarına tələbatı artırır. Bu səbəbdən su, həm sosial rifah, həm də milli təhlükəsizlikbaxımından ölkələrin strateji prioritetlərindən birinə çevrilir. Müasir dövrdə su təhlükəsizliyi yalnız kommunal xidmətdeyil, eyni zamanda iqtisadi sabitlik və davamlı inkişafınəsasıdır. Su resurslarının qorunması və idarə edilməsitəkcə əhalinin sağlamlığını təmin etmir, həm də ölkəninrəqabət qabiliyyətini, kənd təsərrüfatındakı məhsuldarlığıvə sənaye sektorunun davamlı fəaliyyətini dəstəkləyir. Suilə bağlı səmərəli siyasət milli təhlükəsizlikstrategiyalarında mühüm yer tutur.Azərbaycan iqlim və coğrafi şəraitə görə su resurslarıbaxımından müxtəlif çağırışlarla üzləşir. Xəzər dənizi, böyük çay sistemləri və çoxsaylı su anbarları ölkənin subalansını müəyyən edir. Eyni zamanda, su resurslarınınədalətli və səmərəli idarə olunması kənd təsərrüfatınıninkişafı, şəhər infrastrukturu və sənaye sahələriningenişlənməsi üçün həyati əhəmiyyət daşıyır. Sumənbələrinin milli səviyyədə strateji əhəmiyyəti yalnıziçməli su ilə təminatla məhdudlaşmır. Bu, həm də iqtisadiinkişaf, iqlim risklərinə adaptasiya, ekoloji tarazlığınqorunması və sosial rifah səviyyəsinin yüksəldilməsibaxımından kritik resursdur. Xəzər dənizi və bir çox çaysistemləri su təminatında əsas element qismində çıxışedir. Bölgələrdə infrastrukturuninkişafı, yeni su anbarlarının tikintisi və mövcudinfrastrukturların modernləşdirilməsi su təhlükəsizliyinitəmin edən əsas elementlərdəndir. Belə tədbirlər həmşəhər əhalisinin təhlükəsiz içməli suya çıxışını artırır, həmdə sənaye və kənd təsərrüfatı üçün su tələbatını dahadayanıqlı şəkildə ödəyir.12 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronyarımadasında su təchizatı, yağış və tullantı sularısistemlərinin təkmilləşdirilməsi barədə 2026–2035-ci illərüçün Dövlət Proqramına həsr olunmuş müşavirə keçirildi. Bu müşavirə su ilə bağlı məsələlərin dövlət siyasətində nədərəcədə prioritet təşkil etdiyini ortaya qoydu. DövlətProqramı Bakı şəhəri və Abşeron yarımadasını, həmçininSumqayıt şəhərini və ətraf 64 yaşayış məntəqəsini əhatəedir. Məqsəd regionun içməli su, tullantı və yağış sularısistemlərini modernləşdirmək, mövcud infrasturukturboşluqlarını aradan qaldırmaq və bu sahədə uzunmüddətlidayanıqlılığı təmin etməkdir.
Su mənbələri hər bir ölkə üçün həyati əhəmiyyətəmalikdir. Azərbaycan da bu həqiqəti əsas götürərək suresurslarının qorunmasını, səmərəli idarə edilməsini vəmüasir infrastrukturla təmin olunmasını dövlət siyasətininprioritet sahəsinə çevirib. 12 yanvar 2026-cı il müşavirəsivə qəbul edilmiş Dövlət Proqramı bu strateji yanaşmanınreal nəticəsidir və ölkənin uzunmüddətli inkişafbaxımından əhəmiyyətli rol oynayacaqdır. Su strategiyasımilli təhlükəsizlik, sosial rifah və ekoloji dayanıqlılıq üçünəsas elementdir — ölkə su sektoruna investisiyalarıdavam etdirməklə yalnız bugünkü, həm də gələcəknəsillərin ehtiyaclarını qarşılamağa çalışır.
YAP Qəbələ rayon təşkilatının sədri,
Abil Ağasəfov.