PDF Oxu

Siyasət

  • 428

Ölkəmizin tarixində unudulmaz səhifə - ŞƏRH

image

20 Yanvar faciəsinin baş verdiyi vaxtdan 36 il keçir. 36 il əvvəl 1990-cı il yanvar ayının 20-də keçmiş sovet ordusunun xüsusi təyinatlı dəstələri heç bir xəbərdarlıq etmədən Bakı şəhərinə hücum edərək dinc əhaliyə qarşı böyük amansızlıq göstərmişdilər. Faktlardan da göründüyü kimi, faciə xüsusi qəddarlıqla törədilmişdir.Nəticədə yüzlərlə insan şəhid, əlil və şikəst oldu. Lakin milli azadlıq uğrunda mübarizəyə qalxanlar öz məqsədlərinə- Azərbaycanın müstəqilliyinin əldə edilməsinə nail oldular.

Ürəkləri ağrıdan, qəlbləri göynədən 20 Yanvar faciəsi xalqımızın yaddaşına qanla yazılmış tarixdir.Baş verdiyi günün üstündən illər keçsə də, xalqımız müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda şəhid olan övladlarını heç vaxt yaddan çıxarmır.Yaddaşlara qanla yazılmış bu tarix həm də xalqımızın qəlbində milli azadlıq uğrunda mübarizənin rəmzi kimi yaşayır.Azadlıq və istiqlal yolunda canlarını qurban vermiş şəhidlərin xatirəsi həmişə əziz tutulur, hörmətlə anılır.

Azərbaycan xalqı hər il 20 Yanvar şəhidlərini dərin ehtiramla yad edir. Faciənin ildönümü ilə əlaqədar həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində anım mərasimləri, sərgilər təşkil olunur.Azərbaycan xalqının müstəqillik əzmini, dönməz qətiyyətini, sarsılmaz iradəsini dünyaya göstərməkdir.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev şəhidlərin xatirəsinin yad edilməsini, adlarının həmişə uca tutulmasını, şəhid ailələrinin sosial problemələrinin həll olunmasını daim diqqət mərkəzində saxlayır.Şəhidlərin xatirəsini həmişə əziz tutan dövlətimizin başçısı hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur, müstəqilliyimiz və azadlığımız uğrunda canlarından keçmiş oğul və qızlarımızı ehtiramla anır.

Hər il olduğu kimi, bu il də Azərbaycan xalqı 20 Yanvar faciəsinin 36-cı ildönümündə şəhidlərin məzarını hörmətlə ziyarət edəcək. Qəbirlərinin üstünə gül, çiçək dəstələri düzəcək, ruhlarına dualar oxuyacaq.

Bu gün yalnız kədər günü deyil, həm də Azərbaycanın milli mənliyinin və qəhrəmanlığının nümayiş olunduğu şərəf günüdür.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ağaverdi Əliverdiyev

YAP Qusar rayon təşkilatının əməkdaşı

Digər xəbərlər