Azərbaycan xalqının müasir tarixində 20 Yanvar 1990-cı il təkcə qanlı faciə kimi deyil, eyni zamanda milli azadlıqiradəsinin sarsılmazlığını nümayiş etdirən şanlı bir səhifəkimi yadda qalmışdır. Həmin gecə sovet imperiyasınınhərbi-siyasi rəhbərliyi tərəfindən Bakıya və respublikanınbir sıra bölgələrinə yeridilən silahlı qoşunlar dinc əhaliyəqarşı misli görünməmiş vəhşilik törətmiş, yüzlərləgünahsız insan şəhid olmuş, minlərlə vətəndaşyaralanmışdır. Lakin bu qanlı əməliyyat Azərbaycanxalqının azadlıq istəyini boğmaq əvəzinə, onun müstəqillikəzmini daha da gücləndirmişdir. 1980-ci illərin sonlarındaSSRİ-də gedən siyasi proseslər, mərkəzi hakimiyyətinzəifləməsi və milli respublikalarda azadlıq hərəkatlarınıngüclənməsi Azərbaycanda da kütləvi xalq hərəkatınınformalaşmasına səbəb olmuşdu. Xalq öz taleyinə sahib çıxmaq, milli hüquqlarını qorumaq, Dağlıq Qarabağda başverən ədalətsizliklərə və mərkəzin ikili siyasətinə etirazetmək üçün meydanlara çıxmışdı. Bu dinc və kütləvietirazlar sovet rəhbərliyi tərəfindən təhlükə kimiqiymətləndirildi və 20 Yanvar gecəsi Bakıya ağır texnika, tanklar və silahlı hərbi hissələr yeridildi. Faciənin əndəhşətli cəhətlərindən biri ondan ibarət idi ki, fövqəladəvəziyyət elan olunmadan şəhərə daxil olan qoşunlarqadınlara, uşaqlara, yaşlılara belə atəş açmaqdançəkinməmiş, təcili tibbi yardım maşınları gülləbaranedilmiş, şəhərin informasiya blokadası yaradılmışdı. Bu, insan hüquqlarının, beynəlxalq normaların və mənəvidəyərlərin kobud şəkildə tapdanması idi. 20 Yanvarhadisələri sovet totalitar rejiminin əsl mahiyyətini açıqşəkildə nümayiş etdirdi.Lakin bu qanlı faciəAzərbaycan xalqını qorxutmadı, əksinə, onun birliyini vəmübarizə ruhunu daha da möhkəmləndirdi. Şəhidlərindəfni zamanı yüz minlərlə insanın küçələrə axışması, onların xatirəsinin böyük ehtiramla anılması xalqın mənəvigücünün və azadlıq əzminin qırılmaz olduğunun barizsübutu idi. 20 Yanvar şəhidləri milli azadlıq uğrundacanlarından keçərək xalqın yaddaşında əbədiyaşarqəhrəmanlara çevrildilər.Bu faciəyə ilk siyasi-hüquqiqiymətin verilməsi də xalqımızın mübarizə tarixindəmühüm mərhələ oldu. Ulu Öndər Heydər Əliyevin həmingünlərdə Moskvada Azərbaycanın haqq səsini cəsarətlədünyaya çatdırması, sovet rəhbərliyinin cinayətkarəməllərini açıq şəkildə pisləməsi milli iradənin ifadəsi idi. Məhz onun siyasi qayıdışından sonra 20 Yanvarhadisələrinə dövlət səviyyəsində obyektiv qiymət verildi, şəhidlərin xatirəsi uca tutuldu, ailələrinə diqqət və qayğıgöstərildi.Cənab Prezidentİlham Əliyev 20 Yanvar faciəsini Azərbaycan xalqınınazadlıq və müstəqillik yolunda göstərdiyi iradənin vəfədakarlığın parlaq nümunəsi kimi qiymətləndirmişdir. Prezident vurğulamışdır ki, həmin gecə törədilən qanlıcinayət xalqımızın mübarizə əzmini sındırmamış, əksinə, müstəqil dövlət qurmaq iradəsini daha da möhkəmləndirmişdir. Onun sözlərinə görə, bu günsuveren, güclü və qalib Azərbaycan dövlətinin mövcudluğu20 Yanvar şəhidləri də daxil olmaqla, Vətən uğrundacanından keçən qəhrəmanların müqəddəs qanı və əzmisayəsində mümkün olmuşdur.Bu günmüstəqil Azərbaycan Respublikası öz suverenliyiniqoruyaraq, güclü dövlət kimi inkişaf edir. Xalqın birliyi, millihəmrəylik və azadlıq ruhu 20 Yanvarın bizə miras qoyduğuən böyük dəyərlərdəndir. Hər il bu faciəni dərin hüzn vəböyük qürur hissi ilə anmaqla, şəhidlərin xatirəsiqarşısında baş əyir, onların amalına – azad, müstəqil vəgüclü Azərbaycan dövlətinə sədaqətimizi bir dahatəsdiqləyirik.20 Yanvar faciəsi bir dahagöstərdi ki, Azərbaycan xalqının azadlıq əzmi qırılmazdırvə bu əzm heç bir güc qarşısında sarsılmayacaq. Şəhidlərin müqəddəs xatirəsi isə milli yaddaşımızda əbədiyaşayacaq və gələcək nəsillərə azadlığın qiymətinixatırladacaqdır.
YAP Qəbələ rayon təşkilatının sədri,
Abil Ağasəfov.