PDF Oxu

Siyasət

  • 1 798

YAP Göygöl rayon təşkilatı üzrə Çaylı kənd ərazi partiya təşkilatında hesabat yığıncağı keçirilib - ŞƏRH

image

19 yavnar 2026-cı il tarixdə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Göygöl rayon təşkilatının Çaylı kənd ərazi partiya təşkilatında hesabat yığıncağı keçirilib. Yığıncaqda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və partiya fəalları iştirak ediblər.

İlk öncə şəhidlərin abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Tədbir zamanı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yığıncaq iştirakçılarını salamladıqdan sonra giriş nitqi ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının hazırda Prezident, YAP sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi tərəqqisinin təmin olunmasında, ictimai-siyasi sabitliyin qorunmasında, milli birliyin möhkəmləndirilməsində, xalqın maraqlarına xidmət edən siyasətin uğurla həyata keçirilməsində oynadığı həlledici rolundan bəhs edib, partiyanın fəaliyyəti dövründə əldə etdiyi uğurlardan, dünya çapında özünəməxsus yerə malik olmasından və gələcək inkişaf perspektivlərindən danışıb.

Vüqar İsayev qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi ilə müstəqil dövlətimiz ötən illər ərzində tarixi və möhtəşəm uğurlara imza atıb. Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi müddətdə bütün sahələr inkişaf edib, əhalinin rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Məhz dövlətimizin başçısının həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf diyarına çevrilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub.

Sonra Ərazi partiya təşkilatının sədri Hüseyn Əmirovun ötən ildə görülən işlər barədə hesabat məruzəsi dinlənilib və təşkilatın ötən dövr ərzindəki fəaliyyəti qənaətbəxş hesab edilib. Yeni mərhələdə partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələrdən bəhs olunub, geniş fikir mübadiləsi aparılaraq partiya təşkilatının qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinə dair tapşırıq və tövsiyyələr verilib.

Çaylı kənd ərazi partiya təşkilatının sədr müavini Aqif Hüseynov, partiya fəallarından Ucar Rzayev, Gülnar Səfərova və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi dövlət siyasətinin ölkəmizin inkişafına müsbət təsir göstərdiyini vurğulayaraq YAP-ın Azərbaycan xalqının böyük inam və etimadını qazandığını, ümumxalq və qələbələr partiyasına çevrildiyini söyləyiblər. Qarşıdakı dövrdə ərazi partiya təşkilatının fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində səylərini artıracaqlarını və üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildiriblər.

Digər xəbərlər