PDF Oxu

Siyasət

  • 1 275

Qanlı Yanvar Faciəsi -Azərbaycan xalqının azadlıq salnaməsi - ŞƏRH

image

1990-cı ilin 20 Yanvar gecəsi Azərbaycan xalqının tarixində qanla yazılmış, eyni zamanda milli azadlıq iradəsinin sarsılmazlığını nümayiş etdirən faciəli bir səhifə kimi yadda qaldı. Sovet imperiyasının Bakıya yeritdiyi hərbi qüvvələr dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirərək yüzlərlə günahsız insanın həyatına son qoydu. Bu qanlı qırğın Azərbaycan xalqının azadlıq və müstəqillik arzularını boğmaq məqsədi daşıyırdı.

Tanklar və ağır hərbi texnika ilə silahsız insanlara hücum edilməsi nəticəsində qadınlar, uşaqlar və yaşlılar qətlə yetirildi, minlərlə insan yaralandı. Qanlı Yanvar hadisələri sovet totalitar rejiminin əsl mahiyyətini bir daha üzə çıxardı və imperiyanın süqutunun qaçılmaz olduğunu sübut etdi.

Bu faciə eyni zamanda xalqımızın milli birliyini daha da möhkəmləndirdi. 20 Yanvar şəhidləri azadlıq, müstəqillik və suverenlik uğrunda canlarından keçərək Azərbaycanın müstəqil dövlətə çevrilməsi yolunda dönüş nöqtəsi yaratdılar. Ulu Öndər Heydər Əliyevin bu hadisələrə verdiyi siyasi-hüquqi qiymət Qanlı Yanvar faciəsinin mahiyyətinin beynəlxalq aləmdə tanıdılmasında mühüm rol oynadı.

Bu gün 20 Yanvar şəhidlərinin xatirəsi xalqımız tərəfindən dərin ehtiramla yad edilir. Qanlı Yanvar qırğını Azərbaycan tarixində təkcə faciə deyil, həm də qəhrəmanlıq, milli iradə və azadlıq rəmzi kimi yaşayır. Azərbaycan xalqı bu qanlı hadisəni heç vaxt unutmur və müstəqilliyini daim qorumağa hazır olduğunu bütün dünyaya bəyan edir.

Süleyman Tağıyev

YAP Sədərək rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər