Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrailin Prezidenti İsxak Hersoqla görüşüb.SİA xəbər verir ki, söhbət zamanı İsxak Hersoqun Azərbaycana səfərləri və dövlət başçısı ilə görüşləri məmnunluqla xatırlanıb.Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulanıb.İqtisadi, ticari, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edilib.Azərbaycan və İsrail prezidentləri əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.