Prezident İlham Əliyev 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasıns verdiyi müsahibə barədə
“Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatı almaq mənim üçün böyük şərəfdir. Bu mükafat insanlıq, bərabərlik, qarşılıqlı hörmət və sülhün inkişafı yolunda göstərilən fədakarlıq və misilsiz xidmətlərin tanınmasının ən ali nümunələrindən biridir və mənim üçün bu dəyərlərə sadiqliyinin simvoludur.
Bu mükafat 2019 – cu ilin fevralında təsis edilib və onun yaranması tarixi dünyada humanitar dialoqun və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün çox əhəmiyyətli hadisədən qaynaqlanır. Belə ki, həmin ildə Abu – Dabidə Papa Fransisk və Əl – Əzhərin Böyük İmamı Ahmed Al – Tayeb arasında tarixi görüş zamanı “ İnsan Qardaşlığı Sənədi” imzalanmışdır ki, bu sənəd insanlığın birliyi, dinc yanaşı yaşama və dialoq mədəniyyətini bütün dünyaya təşviq etməyi hədəfləyirdi. Mükafat da məhz bu sənədin ruhuna uyğun olaraq yaradılmışdır. Bu mükafat təkcə şəxsi fəaliyyətimə verilən dəyər deyil, eyni zamanda insan ləyaqətinin, sülhün, qarşılıqlı hörmətin və müxtəlif mədəniyyətlər arasında dialoqun təşviqinə göstərilən yüksək diqqətin göstəricisidir. Zayed “ İnsan Qardaşlığı Mükafatı məni insanlıq naminə daha məsuliyyətli addımlar atmağa, birgəyaşayış və həmrəyliyi gücləndirmək üçün səylərimi davam etdirməyə ruhlandırır. Bu ali mükafatın əsasını qoyan dəyərlərə sadiq qalmaq və onları gələcək nəsillərə ötürmək hər birimizin ümumi vəzifəsidir. “Zayed İnsan Qardaşlığı Mükafatı” Prezident İlham Əliyevə 2026 – cı il 4 fevral tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu – Dabidə keçiriləcək.
Əvvəlcə mükafatın rəsmi qalibi kimi elan edilib və sonra mərasimdə təqdim olunacağı barədə rəsmi dəvət Prezident İlham Əliyevə verilib.
Ələmdar Cabbarov
YAP Ordubad rayon təşkilatının müavini