Yanvar ayında İsveçrədə keçirilən Davos Dünya İqtisadi Forumu bu il də dünyanın aparıcı iqtisadi və diplomatik liderlərini bir araya gətirdi. Forumda qlobal iqtisadiyyat, enerji siyasəti, texnologiya və innovasiya sahəsindəki yeniliklər müzakirə olundu. Azərbaycanı bu forumda Prezident İlham Əliyev təmsil etdi və onun çıxışı ölkəmizin beynəlxalq səhnədə mövqeyini daha da gücləndirdi. Prezident İlham Əliyev çıxışı zamanı ölkəmizin iqtisadi inkişafını və uğurlarını form iştirakşılarıın diqqətinə çatdırdı. O bildirdi ki, Azərbaycanın əsas prioriteti iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsidir. Son illərdə qeyri-neft sektoru sürətlə inkişaf edir, enerji ixracı artır və ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi nüfuzu yüksəlir. Prezident həmçinin xarici investorları ölkəyə dəvət etdi, qeyd etdi ki, Azərbaycan investisiya üçün açıq ölkədir və xarici tərəfdaşlar ölkəmizin inkişaf potensialından yararlana bilərlər.
Davos Forumunda Prezident İlham Əliyev bir sıra dünya liderləri və beynəlxalq şirkət rəhbərləri ilə görüşlər keçirdi. Görüşlər zamanı enerji, texnologiya və iqtisadi əməkdaşlıq məsələləri müzakirə olundu. Forum çərçivəsində bir neçə yeni beynəlxalq əməkdaşlıq layihəsi başlandı və enerji, texnologiya sahəsində sazişlər imzalandı. Bu görüşlər Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş olduğunu nümayiş etdirdi və regionda sabitliyin təmin edilməsində ölkəmizin fəal rolunu göstərdi. Prezident İlham Əliyev forumda Azərbaycanın regiondakı sabitlik təşəbbüslərini də diqqətə çatdırdı. O qonşu ölkələrlə enerji və logistika sahəsindəki uğurlu əməkdaşlıq layihələrini təqdim etdi. Azərbaycan nümayəndəliyinin diplomatik mövqeyi forum iştirakçıları tərəfindən yüksək qiymətləndirildi. Dövlət başçısı vurğuladı ki, ölkəmiz həm region, həm də beynəlxalq səviyyədə etibarlı tərəfdaşdır və bu təşəbbüslər Azərbaycanın nüfuzunu gücləndirdi, yeni əməkdaşlıq imkanları yaratdı.
Prezident İlham Əliyev Davos Forumunda dayanıqlı inkişaf və ekoloji siyasət mövzusuna da xüsusi diqqət ayırdı. Bərpa olunan enerji layihələrinin artımı və günəş, külək enerjisi mərkəzlərinin inkişafı Azərbaycanın dayanıqlı inkişaf strategiyasının əsas hissəsidir. Forum iştirakçılarına bildirildi ki, Azərbaycan həm iqtisadi inkişafı, həm də ətraf mühitin qorunmasını balanslaşdırır. Bu yanaşma ölkəmizin qlobal səviyyədə nüfuzunu artırır və beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır. Prezidentin Davos Forumunda iştirakı bir sıra mühüm nəticələr verdi. Azərbaycan qlobal iqtisadi proseslərdə rolunu gücləndirdi, xarici investisiyalar üçün yeni imkanlar açıldı, regionda sabitlik və dayanıqlı inkişaf sahəsində nüfuz artdı, texnologiya və startap sahələri beynəlxalq aləmdə tanındı və Azərbaycanın diplomatik və iqtisadi mövqeyi möhkəmləndi.
Ümumilikdə, Davos səfəri Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi, yeni iqtisadi əlaqələrin qurulması və ölkənin inkişaf strategiyasının dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Bu səfər bir daha göstərmişdir ki, Azərbaycan qlobal iqtisadi dialoqun fəal iştirakçısıdır və beynəlxalq əməkdaşlığa açıqdır.
Vüqar Həsənli
YAP Şahbuz rayon təşkilatının məsləhətçisi