Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirə keçirilib. Tədbirədə iştirak edən “Sosial -İqtisadi və Ekoloji İnkişaf” Ictimai Birliyinin sədri Rahilə Mehdiyeva ,bildirdi ki, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli qeyd etdi ki, bu günlərdə Davosda Dünya İqtisadi Forumu (WEF) “Qlobal Risklər Hesabatı”nı ("Global Risks Report") açıqlayıb. Hesabata görə, dezinformasiya, saxta məlumatlar Azərbaycan üçün 2026-cı ildə əsas risk kimi göstərilib. Hesabatda dezinformasiya həmçinin qlobal miqyasda da ciddi təhlükə kimi dəyərləndirilib: “Dezinformasiya müasir dövrdə təkcə informasiya sahəsini deyil, ictimai sabitliyi, dövlət-vətəndaş münasibətlərini, demokratik institutları hədəfə alan sistemli təhlükəyə çevrilib. Bu mövzuda vətəndaş cəmiyyəti həmişəkindən daha həssas olmalı, saxta məlumatları vaxtında ifşa etməli, onun tirajlanmasının qarşısında səddə çevrilməlidir. Dünya İqtisadi Forumunun dezinformasiyanı Azərbaycan üçün əsas risk kimi göstərməsi ciddi siqnaldır. Ona görə də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu tərəfdaş qurumlarla birgə vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə bu ictimai müzakirəni təşkil etməyə qərar verdi”.
Tədbirdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, bütün dünyada dezinformasiya təhdidləri artan templə irəliləyir, müasir dövrdə sosial media platformaları dezinformasiyanın əsas yayılma məkanına çevrilib: “Dezinformasiyanın bütün təzahür formalarına qarşı mübarizədə Azərbaycan dövlətinin güclü siyasi iradəsi var. Amma bu prosesdə ictimai sayıqlıq, media savadlılığı, cəmiyyətin yüksək intellektual səviyyəsi ən güclü silahdır". Daha sonra Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid,Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Müşfiq Ələsgərli, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli , Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi, millət vəkili, Azər Allahverənov və digər qonaqlar çıxış edərək, jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır. Ümumən qaydaların bütün prinsiplərinə riayət cəmiyyətin dezinformasiya təmayüllərindən qorunması baxımından vacib istinadgahdır. Türk dünyası üçün informasiya məkanında koordinasiyalı fəaliyyət strateji əhəmiyyət daşıyır. Tədbirin sonunda cəmiyyət üçün aktual mövzularda ictimai müzakirələrin davam etdiriləcəyi vurğulandı