23 yanvar 2026-cı il tarixdə YAP Şərur rayon təşkilatının yaranmasının 33-cü il dönümü qeyd edilib. Səmimi çay süfrəsi arxasında keçirilən tədbirdə veteranlar və fəal partiya üzvləri iştirak edib. Çıxış edən YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev ilk öncə tədbir iştirakçılarını təbrik etmiş sonra Yeni Azərbaycan Partiyasının yaranma zəruriyyətindən, keçdiyi çətin və şərəfli yoldan, Ulu Öndərimizin Azərbaycan dövləti, Azərbaycan xalqı üçün göstərdiyi misilsiz fəaliyyətindən ətraflı bəhs etmişdir. Əmir Babayev vurğulamışdır ki, bu gün Yeni Azərbaycan Partiyasının sədri ölkə Prezidenti Cənab İlham Əliyevin apardığı siyasət ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsinə, regional və beynəlxalq nüfuzunun artmasına, eləcə də davamlı inkişafın təmin olunmasına yönəlib. Bu siyasətin ən bariz nümunəsi Vətən müharibəsində qazanılan Zəfərdir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Son dövrlərdə Azərbaycanın beynəlxalq platformalarda fəal iştirak və sülh təşəbbüsləri milli maraqlara əsaslanır, təhlükəsizlik və rifahı artırılmasına yönəldilib.
Sonra Görüşdə partiya veteranları çıxış etmişlər. Çıxışlarda rayon təşkilatının təsis olunduğu vaxtdan bu günə kimi keçdiyi yola nəzər salınmış və qeyd olunmuşdur ki, respublikamızda bu əsl xalq partiyasının ilk rayon təşkilatı 33 il öncə, 1993-cü il yanvarın 23-də partiyanın əbədiyaşar lideri Heydər Əliyevin iştirakı ilə Şərurda yaranmışdır.
Sonda bir neçə fəal partiya üzvünə fəxri fərman və hədiyyələr təqdim olundu.