PDF Oxu

Siyasət

  • 505

Neft tankerləri vuruldu FOTO

image

Yanvarın 26-sı gecəsi Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Krasnodar diyarındakı Slavyansk Eko neft emalı zavodunun infrastrukturuna zərbələr endirib. Zərbə nəticəsində ərazidə partlayışlar baş verib. İlkin məlumata görə, ilkin neft emalı qurğusunun elementlərinə ziyan dəyib.Qeyd olunur ki, bu qurğunun illik potensial emal gücü 4 milyon tondan çox neft təşkil edir. Bu neft emalı zavodu Rusiya Federasiyasının enerji arxa cəbhəsinin bir hissəsidir və təcavüzkarın silahlı qüvvələrinin təchizatında iştirak edir.

Donetsk (Donetsk şəhəri) və Zaporojjya (Sladkovodnoye kəndi) vilayətlərinin ərazilərində iRusiya ordusuna məxsus ogistika anbarlarına da ziyan dəyib.

Bundan əlavə, Rusiya ordusunun hücum qabiliyyətini zəiflətmək üçün Velika Novosilka (VOT, Donetsk vilayəti) yaxınlığındakı PUA bölməsinin komanda məntəqəsinə və Yunakovka (VOT, Sumı vilayəti) və Kolesnikovka (Xarkov vilayəti) yaxınlığındakı düşmən canlı qüvvəsinə zərbələr endirilib. Ölən və yaralanan işğalçıların sayı araşdırılır.

İlham

Digər xəbərlər