PDF Oxu

Siyasət

  • 397

Əbu-Dabidə növbəti görüş keçiriləcək FOTO

image

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Rusiya, Ukrayna və ABŞ arasında danışıqlar gələn həftə davam edəcək, lakin hələlik dəqiq tarix müəyyən edilməyib.

Daha əvvəl Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Əbu-Dabidə iki günlük danışıqlar başa çatıb. Rusiya qrupuna Silahlı Qüvvələrin Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edib. Kiyevi Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov təmsil edib. Amerika nümayəndə heyətinə ABŞ prezidentinin elçisi Stiv Vitkov və Donald Trampın kürəkəni Cared Kuşner daxil idi.

Tərəflər üçtərəfli əlaqələrin nəticələrini öz paytaxtlarına bildirəcək və orada nəticələri ümumiləşdirəcəklər. "Görüşün nəticəsiz olduğunu demək mümkün deyil; bəzi nəticələr var", - deyə TASS mənbəyi tərəflərin konstruktiv münasibətini qeyd edərək bildirib.

İlham

Digər xəbərlər