PDF Oxu

Siyasət

  • 1 313

"Davos 2026 ölkəmizi qlobal siyasətdə yeni mərhələyə daşıdığını göstərdi" - ŞƏRH EDİLDİ

image

"2026-cı il Dünya İqtisadi qlobal miqyasda artan geosiyasi gərginliklər, qarşıdurmalar və etimadsızlıq şəraitində xüsusi siyasi məna kəsb edir. Məhz belə bir kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin forumda fəal iştirakı ölkənin beynəlxalq sistemdə tutduğu mövqenin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.Onun sözlərinə görə, əgər əvvəlki illərdə Davos platforması Bakı üçün əsasən post-münaqişə reallıqlarının izahı və Qarabağ zəfərinin qəbul etdirilməsi məqsədi daşıyırdısa, Davos 2026 artıq bu mərhələnin arxada qaldığını və Azərbaycanın yeni siyasi gündəmlə çıxış etdiyini nümayiş etdirdi: "Forum çərçivəsində Prezident İlham Əliyevin Avropa ölkələri, Yaxın Şərq dövlətləri, qlobal maliyyə institutları və transmilli şirkətlərin rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlər Azərbaycanın qlobal siyasi-iqtisadi proseslərin fəal iştirakçısı kimi qəbul olunduğunu göstərdi. Qarabağ mövzusunun fövqəladə gündəm kimi önə çıxmaması Azərbaycanın mövqelərinin beynəlxalq səviyyədə normallaşdığını və bu məsələnin qlobal elita üçün bağlanmış səhifə olduğunu təsdiqləyir. Davos 2026-da Azərbaycanın İsrail, Qətər, İraq Kürdüstanı kimi fərqli siyasi aktorlarla eyni vaxtda təmas qurması balanslı və praqmatik xarici siyasət kursunun bariz nümunəsi kimi çıxış etdi. Bakı nə müəyyən blokun üzvü, nə də qarşıdurmaların tərəfi kimi, əksinə, müxtəlif siyasi və iqtisadi mərkəzləri birləşdirən etibarlı regional platforma kimi təqdim olundu. Parçalanmış beynəlxalq sistem fonunda bu yanaşma Azərbaycanın manevr imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.

Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, yaşıl keçid və infrastruktur layihələri üzrə aparılan müzakirələr Azərbaycanın yalnız iqtisadi deyil, eyni zamanda siyasi etibarlılıq aktoru kimi qəbul edildiyini göstərir. Qlobal maliyyə institutları ilə təmaslar Qərbin Azərbaycanla münasibətlərdə ideoloji yanaşmadan daha çox maraq və praqmatizmə üstünlük verdiyini ortaya qoyur. Davos 2026 Azərbaycan üçün siyasi inteqrasiya, təşəbbüskar mövqe və gələcəyə hesablanmış xarici siyasət xəttinin nümayişi oldu".
Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər