Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik rəsmi Ankaranın İran ətrafındakı vəziyyətlə bağlı mövqeyini açıqlayıb. O bəyan edib ki, "İrana hər hansı xarici müdaxilənin qəti əleyhinəyik. Bu, son dərəcə yanlış addım olar." SİTAT: "Hər bir xarici müdaxilə son dərəcə ağır nəticələrə gətirib çıxarır.
Ölkə rəhbərlərinin hədəfə alınması, Venesuela nümunəsində olduğu kimi və ya hazırda İranla bağlı xəbərlərdə tez-tez gündəmə gəldiyi kimi, silah yolu ilə rejimləri dəyişməyə cəhd etmək dünyanın heç bir yerində çıxış yolu olmayıb. Belə addımlar daha böyük problemlər və böhranlar yaradır", - Çelik qeyd edib.
Mətləb