PDF Oxu

Siyasət

  • 1 305

"Xəzərdə ekoloji təmizlənmə tədbirləri gücləndirilir" - ŞƏRH EDİLDİ

image

"Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinin balanslaşdırlması vacib məsələdir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.Onun sözlərinə görə, bu baxımdan Nazirlər Kabinetində keçirlmiş 2025-2030-cu illər üçün Kompleks Tədbirlər Planının icrası və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş iclasda müzakirə olunmuş məslələrin öz həllini tapması Bakı buxtasının təmizlənməsinə və ekoloji tarazılığın qorunmasına gətirib çıxaracaqdır: " Burda Xəzər dənizində müxtəlif təyinatlı qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların, o cümlədən qəzalı vəziyyətdə olan və ləğv olunmuş quyuların təkrar ləğvi və izolyasiyası, estakadaların, yanalma körpülərinin, platformaların, həmçinin batmış və yarımbatmış vəziyyətdə olan gəmilərin çıxarılması və digər reabilitasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulur.Xəzər dənizi və Bakı buxtasında uzun illər neft istehsalı ilə bağlı tikilərək öz istismar müddətini başa vurmuş qurğular Xəzərin ekoloji tarazlığını pozur. Nəzərdə tutulmuş tədbirlərin 2030-cu ilə qədər həyata keşçirilməsi sayəsində Bakı buxtası köhnə və lazımsız qurğulardan və estakadalardan təmizlənməsinə və Xəzərdə ekoloji təmi\liyin təmin olunmasına yol açacaq. Xəzərdə nəniki neft qaz çıxarılır, burda həm də zəngin fauna var və turizm imkanları genişdir. Biz Xəzərdə müvafiq təmizlənmə işləri həyata keçirməklə gözəlliyi qorunmuş və ekoloji tarazlığı təmin olunmasına töhfə vermiş oluruq".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər