Yeni Azərbaycan Partiyası Gəncə şəhər 22 saylı (“Aztelekom” MMC-nin Qərb Regional filialı)) ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanmasından, yeni-yeni hədəflərin reallığa çevrilməsi istiqamətində atdığı addımlardan bəhs edib. Bayram Aslanov vurğulayıb ki, bu gün də Yeni Azərbaycan Partiyasının fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin ideya və arzuları yaşayır. Hazırda isə Ulu Öndər Heydər Əliyevin siyasi kursu ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vətən müharibəsində əldə olunmuş parlaq Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycanın YAP Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yeni hədəflərə doğru inamla irəliləməsi də bunun bariz nümunəsidir.
İsmayıl Eyvazov, Solmaz Əhmədova çıxış edərək Yeni Azərbaycan Partiyasının öz fəaliyyəti ilə məhz müstəqil Azərbaycanı zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiya olduğunu sübuta yetirdiyini qeyd ediblər.
Sonra ərazi partiya təşkilatnın hesabat dövrü ərzindəki fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndiriblər.
İclasda təşkilati məsələyə baxılıb, partiya üzvlərinin səsverməsi ilə Mirdamət Cabbarlı ərazi təşkilatının sədri, Mətanət Məmmədova isə sədrin müavini seçilib.
Sonda YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov yeni seçilən sədr və sədr müavinini təbrik edərək işlərində uğurlar arzulayıb və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.