PDF Oxu

Siyasət

  • 1 217

"Azərbaycan və BƏƏ siyasi əməkdaşlığı dərinləşdirir" - ŞƏRH EDİLDİ

image

"Son illərdə Azərbaycan qlobal məkanda öz nüfuzunu ciddi şəkildə artırmışdır və bu proses ölkəmizin dünyanın müxtəlif regionları və geosiyasi qütbləri ilə qarşılıqlı münasibətlərini daha yüksək səviyyəyə çatdırmaq istiqamətində atdığı mühüm addımlarla öz ifadəsini tapır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.Onun sözlərinə görə, Azərbaycanın əsas prinsipi ondan ibarətdir ki, dünyada sülh və sabitlik hökm sürməlidir: "Rəsmi Bakı bunu əsas prioritet kimi qəbul edərək, bütün ölkələrlə qarşılıqlı münasibətlərin bərabərhüquqlu əsaslar üzərində qurulmasını vacib hesab edir və bu istiqamətdə mühüm uğurlar qazanmışdır.Bu siyasətin tərkib hissəsi kimi, son illərdə Azərbaycanın İslam dünyasına aid ölkələrlə münasibətlərinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə ərəb ölkələri ilə həm iqtisadi-ticari, həm də siyasi əlaqələrin genişləndirilməsi rəsmi Bakının xarici siyasət kursunda mühüm yer tutur və bu münasibətlər Azərbaycan üçün müsbət nəticələr doğurur. Bu baxımdan, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin dinamik şəkildə inkişaf etməsi danılmaz reallıqdır.Rəsmi Bakı bu əlaqələrin inkişafını müxtəlif platformalar üzərindən davam etdirir ki, həmin platformalardan biri də parlamentlərarası münasibətlərdir. Mövcud şəraitdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsi, eləcə də bu prosesin perspektivlərinin müzakirə olunması onu göstərir ki, yaxın gələcəkdə iki ölkə arasında siyasi münasibətlər daha yüksək səviyyəyə yüksələcəkdir. Hər iki dövlətin ortaq mövqedən çıxış etməsi üçün kifayət qədər ciddi əsaslar mövcuddur və bu baxımdan parlament diplomatiyası gələcək prioritetlərin müəyyənləşdirilməsi və əlaqələrin dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər