PDF Oxu

Siyasət

  • 1 405

"Sənaye parkları qeyri-neft məhsullarının istehsalını genişləndirir" - ŞƏRH

image

"Cənab Prezidentin rəhbərliyi altında ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.Onun sözlərinə görə, yeni müəssisələrin və fabriklərin açılması bu sahənin genişlənməsinə ciddi töhfə verir: "Son dövrlərdə atılan mühüm addımlardan biri də Sumqayıt Sənaye Parkında polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlinin qoyulmasıdır.Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Sumqayıt Sənaye Parkı texnoloji yeniliklərin tətbiqi və qeyri-neft məhsullarının istehsalının inkişafı baxımından olduqca uğurlu və müasir bir layihə kimi artıq özünü doğruldub. Burada dəfələrlə qeyri-neft sektoruna yönəlmiş müxtəlif istehsal sahələri üzrə təməlqoyma və açılış mərasimlərinin keçirilməsi bu layihənin nə qədər səmərəli olduğunu bir daha sübut edir.Sumqayıt Sənaye Parkının fəaliyyəti eyni zamanda yeni iş yerlərinin yaradılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu gün dünya iqtisadiyyatında, xüsusilə süni intellekt və informasiya texnologiyalarının sürətli inkişafı fonunda məşğulluqla bağlı müəyyən çətinliklər yaranır və bəzi sahələrdə insan əməyinə tələbat azalır. Məhz bu baxımdan ölkəmizdə yeni fabrik və istehsal müəssisələrinin açılması məşğulluğun qorunması və artırılması baxımından son dərəcə vacibdir.Bu proses təkcə Sumqayıtla məhdudlaşmır. Azərbaycanın digər şəhər və rayonlarında, xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində bir sıra yeni sənaye müəssisələrinin fəaliyyətə başlamasının şahidi oluruq. Bu isə regionların iqtisadi dirçəlişinə və əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edir.Eyni zamanda, qeyri-neft sektorunun inkişafı ölkənin neft gəlirlərindən asılılığının azaldılması baxımından da strateji əhəmiyyət kəsb edir. Gələcəkdə dövlət büdcəsində neft sektorunun payının azalması, qeyri-neft sahələrinin və alternativ enerji mənbələrinin - xüsusilə külək, su və günəş enerjisinin - istehsalı və ixracının artması əsas hədəflərdən biridir. Bu istiqamətdə müvafiq strategiya və proqram sənədləri mövcuddur və Sumqayıt Sənaye Parkında atılan hər bir addım, təməli qoyulan hər bir yeni müəssisə məhz bu strateji məqsədlərə xidmət edir".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər