PDF Oxu

Siyasət

  • 1 366

YAP Ağdaş rayon təşkilatının 31 illiyi qeyd olunub

image

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının yaradılmasının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi ziyarət edilib, abidə önünə tər gül dəstələri düzülüb.Tədbirdə Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Yeni Azərbaycan Partiyasının ötən dövr ərzində şərəfli və məsuliyyətli yol keçdiyini, öz siyasi xətti və fəaliyyəti ilə xalqın partiyasına çevrildiyini deyib. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən YAP-ın təsis konfransının tarixi əhəmiyyətindən bəhs edilib, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi əsasında Prezident, partiyanın Sədri İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qüdrətinin və beynəlxalq nüfuzunun artdığı bildirilib.

Digər xəbərlər