PDF Oxu

Siyasət

  • 551

Putin Trampın təklifini rədd etdi - FOTO

image

Ukrayna Prezidenti Vladimir Zelenski Prezident D. Trampın enerji sektoruna zərbələrin dayandırılmasını təklif etdiyini bildirib. O, jurnalistlərlə görüşündə bildirib ki, Rusiya razılaşmaya əməl edərsə, Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbə endirməkdən çəkinməyə hazırdır. Vladimir Zelenski təşəbbüsü razılaşma deyil, fürsət adlandırıb: “İşləyib-işləməyəcəyini hələlik deyə bilmərəm. Əgər Rusiya Amerika tərəfinin siqnalını bizim qədər eşidibsə, yəqin ki, müəyyən nəticələr əldə edəcəyik və onları qiymətləndirə biləcəyik. Burada heç bir sirr yoxdur. Bu məsələ ilə bağlı bizimlə Rusiya arasında birbaşa dialoq və ya birbaşa razılaşma olmayıb”.

Ukrayna tərəfinin iddiasına görə, Tramp şəxsən Putindən Kiyevi və digər şəhərləri bir həftə ərzində atəşə tutmamasını xahiş edib, lakin təklif qəbul edilməyib.

Zelenski Ukraynanın bir neçə bölgəsindəki ağır humanitar vəziyyət fonunda enerji obyektlərinə hücumları dayandırmaq səylərinə görə Amerika tərəfinə təşəkkür edib.

Lakin o əlavə etdi ki, bu yanaşmanın effektiv olub-olmadığını enerji obyektlərindəki faktiki vəziyyət müəyyən edəcək. O, həmçinin bu ehtimalın Əbu-Dabidə keçirilən üçtərəfli görüşlər zamanı müzakirə olunduğunu təsdiqlədi.

İlham

Digər xəbərlər